Icma.az
close
up
RU
Çəyirtkə təhlükəsi yaxınlaşır Nazirlikdən təcili addım

Çəyirtkə təhlükəsi yaxınlaşır Nazirlikdən təcili addım

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Rusiyanın Dağıstan Respublikasının şimalında çəyirtkələrin kütləvi yayılması və bu səbəbdən fövqəladə vəziyyət elan edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya Mərkəzi gücləndirilmiş iş rejiminə keçib.

Nazirlikdən "Yeni sabah"a verilən məlumata görə, sərhəd boyu ərazilərdə mütəmadi monitorinqlərə başlanılıb. Miqrasiya təhlükəsi nəzərə alınaraq kimyəvi mübarizənin operativ təşkili üçün bütün texnika və avadanlıqlar tam hazır vəziyyətə gətirilib.

Bölgələrdə müşahidə və nəzarət tədbirləri gücləndirilib, yerli qurumlar zəruri dərman preparatları ilə tam şəkildə təmin olunub. Toyuqlu pizza

Qeyd edək ki, çəyirtkələr kənd təsərrüfatı bitkiləri üçün ən təhlükəli zərərvericilərdən biridir. Onlar bitkilərin yarpaq və digər orqanlarını kobud şəkildə gəmirərək zədələyir, nəticədə bitkinin inkişafı dayanır və məhsuldarlıq azalır. Çəyirtkələr taxıl, meyvə-tərəvəz, pambıq və digər mədəni bitki əkinlərinə, hətta meyvə ağaclarına ciddi ziyan vururlar.

Hazırda respublika ərazisində çəyirtkələrin, əsasən daha təhlükəli 3 növünə - Mərakeş (Dociostaurus maroccanus Thunb.), Asiya (Locusta migratoria L.) və İtaliya (Caloptenus italicus (Linnaeus)) çəyirtkələrinə rast gəlinir. Mərakeş çəyirtkəsi geniş yayılmış və çoxsaylı növdür.

Cari ilin əvvəlindən ölkə ərazisində çəyirtkələrə qarşı müşahidə və mübarizə tədbirlərinə başlanılıb və bu tədbirlər mövsüm ərzində ardıcıl şəkildə davam etdirilir. Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli qurumları tərəfindən 2025-ci ilin iyul ayınadək 47 178 hektar sahədə müşahidələr aparılıb, 10 315 hektar sahədə sirayətlənmə qeydə alınıb, 5 100 hektar sahədə kimyəvi mübarizə tədbirləri görülüb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 31 İyul 2025 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see709

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see343

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see342

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see312

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see300

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see296

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see279

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see274

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see264

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see252

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see251

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see233

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see232

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see220

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see215

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see215

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see194

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri