Icma.az
close
up
RU
Çəyirtkələrə qarşı savaş başlayıb

Çəyirtkələrə qarşı savaş başlayıb

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər Azərbaycan ərazisində, xüsusilə Xəzəryanı bölgələrdə miqrasiyası və populyasiya sıxlığının artması səbəbilə müşahidə olunan invaziv növlərə aid bəzi çəyirtkələrin axını müşahidə edilir. 

Bununla bağlı kənd təsərrüfatına ziyan dəyibmi və hansı mübarizə tədbirləri həyata keçirilir?

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyindən “Cebheinfo.az”-a verilən məlumata görə,  Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (Zərərsizləşdirmə) Mərkəzi tərəfindən çəyirtkələrin yayılmasının qarşısının alınması məqsədilə zərərvericilərə qarşı mübarizə tədbirləri ardıcıl şəkildə davam etdirilir: 

“Son günlər Abşeron yarımadasında, xüsusilə dənizkənarı ərazilərdə çəyirtkələrin kütləvi şəkildə müşahidə olunması ilə əlaqədar operativ monitorinqlər aparılıb və yayıldığı sahələrdə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. 

Ümumilikdə, cari ilin may-iyul ayları ərzində respublikanın müxtəlif ərazilərində çəyirtkəkimilərin müşahidə olunduğu 6819 ha ərazidə kimyəvi mübarizə tədbirləri icra olunub.

Mübarizə tədbirlərinin həyata keçirildiyi ərazilərdə mütəxəssislər tərəfindən mütəmadi monitorinqlər aparılır, fitosanitar vəziyyət qiymətləndirilir və aşkar olunmuş ocaqlarda xüsusi texnika və müvafiq preparatlardan istifadə edilməklə kimyəvi mübarizə işləri həyata keçirilir. 

Bu tədbirlər çəyirtkələrin yayılmasının qarşısının alınmasına, kənd təsərrüfatı bitkilərinin, otlaq sahələrinin və təbii bitki örtüyünün mümkün zərərlərdən qorunmasına, həmçinin fitosanitar sabitliyin təmin edilməsinə xidmət edir.

Aqrar Xidmətlər Agentliyi tərəfindən çəyirtkə növlərinin müşahidə olunduğu digər ərazilərdə də vəziyyət daim nəzarətdə saxlanılır. 

Risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq zəruri hallarda operativ müdaxilə edilir, əlavə mübarizə tədbirləri görülür və zərərvericilərin yayılmasının qarşısının alınması istiqamətində işlər ardıcıl şəkildə davam etdirilir.

Qeyd edək ki, son illərdə çəyirtkələrin qonşu ölkələrdə daxil olmaqla daha geniş ərazilərdə yayılması qlobal və regional iqlim dəyişiklikləri ilə əlaqələndirilir. 

Havanın temperaturunun yüksəlməsi və mövsümi hava şəraitində baş verən dəyişikliklər zərərvericilərin çoxalması və yayılması üçün əlverişli şərait yaradır. Bu da onların yayılma arealının genişlənməsinə və yeni ərazilərdə müşahidə olunma hallarının artmasına səbəb olur”.

Nigar Abdullayeva
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 İyul 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see314

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see311

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see302

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see293

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see275

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see259

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see252

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see241

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see207

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see206

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see202

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see198

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see196

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see196

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see186

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see184

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see183

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see178

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see171

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri