Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Kreml İrəvana qarşı “hibrid savaş”a başlayıb: Rusiya Qərbi Ermənistan üzərindən “vurur”

Kreml İrəvana qarşı “hibrid savaş”a başlayıb: Rusiya Qərbi Ermənistan üzərindən “vurur”

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Kremlin sərt və təhdidkar ritorikası Rusiyanın postsovet məkanında, eləcə də, Cənubi Qafqazda öz təsir dairəsinin ciddi şəkildə daralmasını qətiyyən sakitliklə qəbul etmək niyyətində olmadığını biruzə verir... Çünki Rusiyanın geopolitik itkilərinə paralel olaraq, Qərbin geostrateji yerləşmə mexanizmlərinin bu regionda sürətlə artması Kremlin Cənubi Qafqaz dövlətlərinə birbaşa təsir imkanlarını xeyli məhdudlaşdırır...

Cənubi Qafqazda yeni “geopolitik xəritə”nin konturları tədricən təyin olunmağa başlayıb. Belə ki, bu regionda artıq heç nə əvvəlki kimi olmayacaq. Hər halda, Rusiyanın Cənubi Qafqazda region dövlətlərinin maraqlarını risk altında buraxan hegemoniyası sona çatmaq üzrədir. Azərbaycan Kreml üçün artıq böyük ölçüdə əlçatmaz kimi görünür. Gürcüstan hələlik Azərbaycan və Türkiyə ilə strateji tərəfdaşlığa üstünlük verməklə, Rusiya təsirini balanslaşdırmağa çalışır. Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşma kursu götürmüş Ermənistan “sülh optimizmi”nə köklənib. Və bütün bunlara Kremlin son vaxtlar ön plana keçən xüsusi təhdidkar reaksiyası isə Rusiyanın Cənubi Qafqazdakı yeni geopolitik şərtlərdən ciddi narahat olduğunu göstərir.

Onu da qeyd etmək lazımdır ki, Ermənistan Xarici Kəşfiyyat Xidmətinin 2025-ci il üzrə illik hesabatında, 2026-cı ildə Azərbaycanla hərbi eskalasiyanın gözlənilmədiyinin xüsusi olaraq, vurğulanması əslində, Cənubi Qafqazda yaranmaqda olan yeni geopolitik reallığın açıq göstəricisidir. Çünki Ermənistan xarici kəşfiyyat servisinin bu qiymətləndirməsi qətiyyən təsadüfi deyil. Və böyük ehtimalla bir neçə önəmli strateji faktorun üst-üstə düşməsi nəticəsində belə pozitiv qənaətə gəlinib.

Məsələ ondadır ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakı ilə iki ölkə arasında bütün maddələrinin əvvəlcədən razılaşdırıldığı sülh sazişinin paraflanması Azərbaycan-Ermənistan münasibətlərində uzun illər davam edən hərbi qarşıdurmanın təkrarlanma ehtimalını ciddi şəkildə zəiflədib. Belə ki, Ermənistan hazırda ilk dəfə olaraq, yalnız genişmiqyaslı müharibəni deyil, hətta lokal sərhəd insidentlərini də az ehtimallı hesab edir. Və bu, rəsmi İrəvanın təhlükəsizlik baxımından, artıq Azərbaycana qarşı klassik “müharibə və işğal” doktrinasından uzaqlaşmağa başladığını göstərir.

Cənubi Qafqazda sülh və sabitlik üçün digər önəmli məqam isə regional nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı pozitiv prosesin intensivləşməsidir. Ona görə də, Ermənistanın xarici kəşfiyyat xidməti bu regionda nəqliyyat və iqtisadi blokadaların aradan qalxmasının mümkünlüyünü real perspektiv kimi təqdim edir. Bu isə dolayısı ilə onu göstərir ki, rəsmi İrəvan artıq regional inteqrasiya proseslərini geopolitik risk deyil, məhz iqtisadi və siyasi sabitliyə ən real təminat faktoru kimi qəbul etməyin mümkünlüyünü artıq anlamağa başlayıb.

Ancaq maraqlıdır ki, məhz eyni hesabatda Ermənistanın Rusiyanın patronajlığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində dondurulmuş fəaliyyətinin 2026-cı ildə “yenidən aktivləşdirilməsi”nin real olmadığı da xüsusi vurğulanır. Bu, Ermənistanın Rusiya mərkəzli təhlükəsizlik sistemindən faktiki olaraq, uzaqlaşmaqda israrlı olmasının rəsmi təsdiqi kimi qəbul oluna bilər. Və məhz bu önəmli faktor Ermənistan-Rusiya ziddiyyətlərinin əsas qaynağı hesab edilir.

Təbii ki, Ermənistanın bu Qərbə yaxınlaşma kursu Rusiyada ciddi narahatlıq doğurur və Kreml rəsmi İrəvanın atdığı addımlara siyasi-ideoloji məzmunlu aqressiv reaksiya verir. Belə ki, Rusiya digər müstəqil post-sovet dövlətləri ilə yanaşı, artıq Ermənistanı da hədəfə alaraq, təhdid etməyə başlayıb. İmperiya yanaşma tərzinin əsas daşıyıcılarından olan rus siyasi ideoloq Aleksandr Duqinin “suveren Azərbaycan, Ermənistan, Gürcüstan və Orta Asiya dövlətləri mövcud ola bilməz” məzmunlu açıqlaması Kremlin post-sovet məkanına ənənəvi baxışının hələ də dəyişmədiyini növbəti dəfə göstərir. Və bu yanaşma təzri Cənubi Qafqaz və Orta Asiya dövlətlərinin müstəqil geopolitik seçim hüququnu inkar edən rus neoimperialist düşüncə modelinin təzahürüdür.

Bütün bunlara paralel olaraq, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistanla bağlı son açıqlamaları isə siyasi-ideoloji ritorikadan daha çox konkret geopolitik təhdidkarlığı əks etdirir. Sergey Lavrovun “Ermənistanın Avropa Birliyi ilə yaxınlaşmasının izsiz ötüşməyəcəyi” barədə fikri Kremlin rəsmi İrəvanı artıq ənənəvi “strateji müttəfiq” deyil, məhz “nəzarətdən çıxmaqda olan tərəfdaş” kimi qəbul etdiyini göstərir. Xüsusilə də, Paşinyan hakimiyyəti və erməni kilsəsi arasında baş verən toqquşmalara Kremlin “təəssüflə” yanaşması qətiyyən təsadüfi deyil. Çünki erməni kilsəsi Rusiyanın Ermənistan daxilində ənənəvi “yumşaq güc alətləri”ndən biri funksiyasını yerinə yetirir. Və indi bu “yumşaq güc alətləri”ndən birinə – erməni kilsəsinə nəzarətin zəifləməsi Kremlin Ermənistana təsir imkanlarının da məhdudlaşması anlamına gəlir.

Eyni zamanda, Sergey Lavrovun “hibrid təhdidlər” mövzusunda səsləndirdiyi iradlar isə Ermənistana yönəlik daha açıq xəbərdarlıq mesajı xarakteri daşıyır. Belə ki, rəsmi İrəvanın Rusiyadan gələn “hibrid təhlükələr”dən danışması Kreml tərəfindən Avropa Birliyinin “ideologiya ixracı” kimi təqdim olunur və bunu Brüsseldən verilən maliyyə dəstəyi ilə əlaqələndirir. Rus diplomatın 15 milyon avroluq Avropa Birliyi tranşını xüsusi olaraq, vurğulaması Rusiyanın birbaşa və açıq şəkildə Ermənistanın daxili siyasi kursuna təzyiq göstərmək məqsədli mesajıdır.

Belə anlaşılır ki, Cənubi Qafqazda regional güc balansının dəyişən konturları artıq Kremldə qətiyyətli müdaxilə ehtiyacı doğuran faktor kimi dəyərləndirilməyə başlayıb. Belə ki, bütün bu proseslər onu göstərir ki, Cənubi Qafqazda klassik “Rusiya mərkəzli təhlükəsizlik modeli” artıq tədricən dağılmaq üzrədir. Üstəlik, rəsmi İrəvanın sülh sazişinə yönəlməsi, nəqliyyat-kommunikasiya xətlərinin açılmağa başlaması və Ermənistanın KTMT-dan uzaqlaşmağa cəhd göstərməsi bu regionda Azərbaycan üçün daha stabil və proqnozlaşdırılan təhlükəsizlik mühiti formalaşdırır.

Digər tərəfdən, Kremlin sərt və təhdidkar ritorikası Rusiyanın post-sovet məkanında öz təsir dairəsinin ciddi şəkildə daralmasını qətiyyən sakitliklə qəbul etmək niyyətində olmadığını da biruzə verir. Ancaq buna baxmayaraq, Kremlin Cənubi Qafqazdakı problemləri yalnız real geopolitik güc potensialının önəmli səviyyədə azalması ilə yekunlaşmır. Çünki Rusiyanın itkilərinə paralel olaraq, Qərbin regionda artan geostrateji yerləşmə mexanizmləri də Kremlin Cənubi Qafqaz dövlətlərinə təsir imkanlarını xeyli məhdudlaşdırır.

Göründüyü kimi, nəticə etibarilə, rəsmi İrəvanın “sülh optimizmi” yalnız Azərbaycan ilə münasibətlərin normallaşmasına bağlı deyil. Yəni, bu, həm də Rusiyanın regiondakı hegemoniyasından Ermənistanın mərhələli şəkildə uzaqlaşdırılması prosesinin tərkib hissəsidir. Və bu baxımdan, 2026-cı ildə Cənubi Qafqazda əsas qarşıdurma xəttinin, artıq Azərbaycan-Ermənistan deyil, daha çox məhz Rusiya ilə Qərb arasında Ermənistan üzərindən geopolitik rəqabət istiqamətində qurula biləcəyi qətiyyən istisna deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Yanvar 2026 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see285

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see217

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see216

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see205

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see189

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see178

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see163

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see158

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see155

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri