Icma.az
close
up
RU
Cəza çəkməkdən azad olunan şəxslərə nə qədər müavinət ödənilir?

Cəza çəkməkdən azad olunan şəxslərə nə qədər müavinət ödənilir?

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda cəza çəkmədən azad olmuş şəxslərin cəmiyyətə adaptasiyasi aktual sosial məsələlərdən biridir.

Dövlət bu şəxslərin normal həyata qayıtması, iş tapması və sosial mühitə uyğunlaşması üçün müəyyən proqramlar və dəstək mexanizmləri təqdim edir.

Lakin bu dəstəyin hansı şərtlərlə verilməsi, kimlərin bu hüquqdan yararlana bilməsi ilə bağlı cəmiyyətdə suallar var.

Cəza çəkməkdən azad olunan şəxslərə nə qədər müavinət ödənilir?

“Cebheinfo.az” bu məsələ ilə bağlı araşdırmanı təqdim edir.

Azərbaycanda cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər üçün dövlət tərəfindən birdəfəlik müavinət nəzərdə tutulur.

Bu müavinət azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını qanunvericilikdə müəyyən edilmiş əsaslarla çəkməkdən azad edilən şəxslərə verilir.

Qanuna əsasən, müavinətin təyin olunması üçün əsas şərt penitensiar müəssisə tərəfindən verilən cəza çəkməkdən azad edilmə barədə rəsmi arayışın təqdim edilməsidir. Sözügedən müavinət yalnız tibbi və sosial yardıma ehtiyacı olduğu təsdiqlənən şəxslərə şamil edilir və avtomatik xarakter daşımır.

Hazırda bu müavinətin məbləği minimum aylıq əməkhaqqının dörd mislinə bərabərdir. Bu isə mövcud göstəricilərə görə 1 600 manat deməkdir. Müavinət birdəfəlik ödəniş formasında verilir və aylıq yardım hesab edilmir.

Müavinət almaq üçün müraciət edən şəxs müvafiq quruma aşağıdakı sənədləri təqdim etməlidir: şəxsiyyət vəsiqəsinin surəti, cəzaçəkmə müəssisəsinin azad edilmə barədə arayışı, həmçinin məhkəmənin şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarı.

Qaydalarına görə, müavinətin təyin olunması ilə bağlı müraciət qeydə alındığı gündən etibarən ən geci 10 gün müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. Əgər müavinətin verilməsindən imtina olunarsa, müraciət edən şəxsə 5 gün ərzində imtinanın səbəbləri yazılı şəkildə təqdim edilir.

Bununla yanaşı, müraciət edən şəxsin qəbul edilmiş qərardan narazı qalmaq hüququ da qanunla qorunur. Belə ki, vətəndaş imtina qərarından inzibati qaydada yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət etmək hüququna malikdir.

Müavinətin verilməsi üzrə səlahiyyətli dövlət qurumu rəsmi olaraq  Dövlət Sosial Müdafiə Fondudur,vətəndaşlar isə müraciətlərini DOST mərkəzləri vasitəsilə edə bilərlər.

Bu müavinət azadlığa çıxan və sosial baxımdan həssas vəziyyətdə olan şəxslər üçün mühüm ilkin dəstəkdir. 

Gülər Həsənli
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:245
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Dekabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri