Bu şəxslərə hər ay 1700 manat ödənilir
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Prezidentinin fərdi təqaüdünü alan şəxslərin sayı açıqlanıb.
“Yeni Sabah”ın sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, hazırda ölkədə 313 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ödənilir.
Qeyd olunub ki, ədəbiyyat, elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyində və digər sahələrdə böyük əməyi olmuş şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Prezidentinin fərdi təqaüdü təsis edilib və hazırda bunun məbləği 1700 manatdır. pizza mizza
Xatırladaq ki, Azərbaycan Prezidentinin fərdi təqaüdü 11 iyun 2002-ci il tarixində təsis edilib. Bu təqaüdün təsis edilməsi haqqında fərman ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan xalqı qarşısında xüsusi xidmətləri olan şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədilə imzalanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 12 May 2026 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















