Cəza müddətinin bitməsinə az qalmış məhkumlarla növbəti görüşlər keçirilib
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 27 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin birgə Tədbirlər Planına uyğun olaraq, Agentliyin əməkdaşları cəzaçəkmə müəssisələrində növbəti görüşlər keçiriblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 8, 9, 10, 11, 12, 13 və 17 saylı cəzaçəkmə müəssisələrində cəza müddətinin bitməsinə az qalmış məhkumlarla keçirilən görüşlərdə iştirakçılara sosial adaptasiya prosesi barədə məlumatlar verilib.
“İnsan hüquqlarının müdafiəsi” mövzusunda təqdimat edilib və məhkumları maraqlandıran suallar cavablandırılıb.
Bildirilib ki, Agentliyin mütəxəssisləri məhkumluqdan azad olunan şəxslərin ailələrinə səfərlər edir, onların qiymətləndirməsini aparır və nəticəyə uyğun olaraq sosial-psixoloji, həmçinin sosial reabilitasiyayönümlü digər müvafiq xidmətlərlə təmin olunmaq üçün dəstək göstərirlər.
Görüşlərdə cəzaçəkmə müddətinin bitməsinə üç ay müddət qalmış 78 məhkumla əlaqəli məlumatlar toplanılıb və qiymətləndirmə həyata keçirilib. Onlar azadlığa çıxdıqdan sonra sosial-psixoloji yardım xidmətinə cəlb ediləcəklər.
Baxış sayı:88
Bu xəbər 27 May 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















