Icma.az
close
up
RU
Cəzaçəkmə müəssisələrində peşə təhsilinin gücləndirilməsi və sosial yenidənqurma

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin gücləndirilməsi və sosial yenidənqurma

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın məqsədi cəzaçəkmə müəssisələrində peşə təhsilini əmək bazarının tələblərinə uyğunlaşdırmaq, bununla bağlı mövcud infrastrukturunu təkmilləşdirmək, məhkumları yenidən cəmiyyətə qazandırmaq, təkrar cinayət hallarını azaltmaqdır. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən həyata keçiriləcək. 

İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Samir Rəhimov bildirib ki, peşə təhsili cəza sistemində yalnız bərpa aləti deyil, həm də sosial yenidənqurma vasitəsi kimi rol oynayacaq. Bu sistem cəmiyyətə faydalı üzvlərin yetişdirilməsinə, təkrarlanan cinayət hallarını azaldılmasına və sosial rifahın artmasına töhfə verəcək. 

Fəaliyyət Planı çərçivəsində cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən peşə təhsili müəssisələrində normativ hüquqi bazanın təkmilləşdirililməsi nəzərdə tutulub. Bu, peşə təhsilinin cəzaçəkmə müəssisələrinin daxili nizam-intizam və idarəçilik strukturuna uyğunlaşdırılmasına şərait yaradacaq, həmçinin təhsilin dayanıqlı, şəffaf və sistemli aparılmasına zəmin yaradacaq. Bu yanaşma yalnız inzibati mexanizmləri deyil, həm də insan həyatının dəyişməsini hədəfləyəcək. Samir Rəhimov vurğulayıb ki, islahatlar nəticəsində məhkumlar peşə öyrənərək azadlığa ümidlə çıxacaq, işəgötürənlər riskə yox, fürsətə və əməyin nəticəsinə baxacaq, cəmiyyət isə daha təhlükəsiz və sosial ədalətli olacaq. 

Bununla yanaşı, cəzaçəkmə müəssisələrində peşə təhsilindən yararlanmış şəxslərin işlə təmin olunması istiqamətində dövlət tərəfindən sahibkarlara (işəgötürənlərə) dəstək mexanizmlərinin formalaşdırılması, məhkumlara dair təhsil və peşə məlumatlarını  əks etdirən vahid informasiya sisteminin yaradılması və bu istiqamətdə normativ hüquqi bazanın təkmilləşdirilməsi də nəzərdə tutulub. Beləliklə, sahibkarlar tərəfindən cəzaçəkmə müəssisələrinin ərazisində yeni istehsalat və xidmət sahələrinin yaradılması və məhkumlara münasibətdə peşə təhsili proqramlarının cəzaçəkmə müəssisələrinin daxili qaydalarına uyğunlaşdırılması   təmin ediləcək. 

Fəaliyyət Planında peşə təhsili məhkumların sosial reabilitasiyası və asayişin bərpası baxımından həlledici vasitə kimi qiymətləndirilib. Tədqiqatlar göstərir ki, peşə bacarıqları qazanan məhkumların həbsdən sonra təkrar cinayət törətmə riski əhəmiyyətli dərəcədə azalır. Ümumilikdə peşə təhsilinin gücləndirilməsi və infrastrukturun təkmilləşdirilməsi cəza sistemində transformasiya önəmi daşıyaraq  məhkumları yalnız bacarıqlı və bazara çıxışı olan əməkçi kimi hazırlamaqla deyil, eyni zamanda cəmiyyətin ümumi təhlükəsizliyinə və sosial rifahına, məhkumluqdan azad edilmiş şəxslərə qarşı formalaşmış mənfi fikirlərin  aradan qaldırılmasına və onların islah olunmasına birbaşa təsir göstərəcək. Bu sahədə əlaqələndirilmiş dövlət və özəl sektor, qeyri‑hökumət təşkilatları və ekspertlərin əməkdaşlığının təmin olunmasına dair şəffaf  fəaliyyətin aparılması effektiv sistemin qurulmasında mühüm rol oynayacaq. 

Cəzaçəkmə müəssisələrində ənənəvi peşələrlə yanaşı, artıq İKT sahəsində də tədrisin təşkili, ixtisaslaşmış mütəxəssislərin dəvət olunması, məhkumların əməyə marağının artırılması, onların ixtisaslarına uyğun iş imkanları və karyera perspektivləri baxımından istiqamətləndirilməsi, peşə təhsili almış məhkumların psixoloji vəziyyətinin öyrənilməsi və ən nəhayət məhkumların azadlığa buraxıldıqdan sonra əmək bazarında tələb olunan peşələrə sahib olması, cəza siyasətindən reabilitasiya siyasətinə keçidin mühüm göstəricilərindən biri kimi qəbul ediləcək. 

Məhkumların cəzaçəkmə müəssisələrində ödənişli fəaliyyətə cəlb edilməsi ilə bağlı prioritet istiqamətdə göstərilən tədbirlərin icrası isə müasir cəza siyasətinin təkcə cəza vermək yox, həm də islah və yenidən cəmiyyətə qazandırma funksiyasını daşımalı olduğunu bir daha ortaya qoyacaq. Bu baxımdan məktəbli məhkum modelindən bacarıqlı işçi modelinə keçid zərurəti özünü getdikcə daha qabarıq göstərəcək. Məhkumların öyrəndikləri peşə üzrə ödənişli fəaliyyətə cəlb olunması onların iqtisadi asılılığını azaldacaq və azadlıqdan sonra əmək bazarına uğurlu keçidini təmin edəcək. 

Samir Rəhimov əlavə edib ki, məhkumların cəmiyyətə uğurlu reinteqrasiyası üçün onların əmək bazarının real tələblərinə uyğun sahələrdə peşə təhsili alması vacibdir. Bunun üçün Fəaliyyət Planına əsasən zəruri infrastruktur yaradılacaq, əmək bazarının tələb etdiyi peşələr üzrə sertifikatlaşdırılmış və tətbiq yönümlü kursların təşkili üçün təlim-tədris proqramları uyğunlaşdırılacaq.  Yəni bu, yalnız  bir hüquqi tədbir deyil, eyni zamanda vətəndaş qürurunu bərpa edən, cəmiyyətin gələcəyini möhkəmləndirən əsaslı bir sosial islahatdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 01 İyul 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see352

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see221

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see189

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see178

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see171

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see170

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see166

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see156

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see153

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see151

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see150

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see141

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see133

Kamavinqanın 2026 planı “Real” üçün əsas prioritetdir

29 Dekabr 2025 02:36see132

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri