Cəzaçəkmə müəssisələrində işçi qrupu yaradılıb
Icma.az, Sia Az saytına istinadən bildirir.
Azərbaycanda cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi istiqamətində Ədliyyə Nazirliyi tərəfindən müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə işçi qrupu yaradılıb və fəaliyyət planı layihəsi hazırlanaraq hökumətə təqdim edilib. SİA xəbər verir ki, bu barədə Azərbaycanın ədliyyə nazirinin müavini Toğrul Hüseynov Milli Biznesin İnkişafı Forumunda bildirib.
Onun sözlərinə görə, cəza çəkmiş şəxsin azadlığa çıxdıqdan sonra cəmiyyətə inteqrasiyasında ən mühüm amillərdən biri sahibkarların bu istiqamətdə dəstək göstərməsidir.
Nazir müavini bir çox hallarda özəl sektor tərəfindən irəli sürülən təklif və təşəbbüslərin müvafiq islahatların həyata keçirilməsinə əlverişli zəmin yaratdığını qeyd edib, bu islahatlarda onların da yaxından iştirakının vacibliyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 15 May 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















