Icma.az
close
up
RU
Cəzalanmaq üçün yenidən günaha batmaq İnsan öz həyatını necə məhv edə bilər?

Cəzalanmaq üçün yenidən günaha batmaq İnsan öz həyatını necə məhv edə bilər?

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kulis.az Orxan Adıgözəlin "Möcüzə çarxı" filmi haqqında yazısını təqdim edir.

"İnsanlar öz həyatlarını necə dağıda və məhv edə bilər?" sualına cavab tapmaq üçün maraqlı film var.

"Wonder Wheel", yəni “Möcüzə çarxı” filmi. Rejissor Vudi Allen bu filmi vasitəsiylə insan psixologiyasına, xüsusən də, qadın təbiətindəki qaranlığa işıq tutub.

Kino - psixoanalitik seans kimi göstərir ki, bəli, insanların çoxu xoşbəxt olmaq istəmir.

“Yox e, insanların həyatdakı məqsədi xoşbəxt olmaqdır”, – aha, bu, sözdə belə olsa da, şüursuzluğun öz həqiqətləri var. Əksinə, həyatlarındakı sakitliyi, harmoniyanı qovub, ora dağıdıcılığı, xaosu gətirən milyonlarla insan var.

“Möcüzə çarxı” bədii filmində hadisələr 1950-ci ildə Nyu-Yorkun Bruklin vilayətinə aid Koni-Aylend adasında (indi ora yarımadadır) baş verir. Əyləncə parkının mərkəzində yaşayan ailənin pəncərəsindən görünən mənzərə “Möcüzə çarxı” atraksionuna açılır. Ailənin taleyi də həmin atraksion kimi dövr etməkdədir. Həmin atraksionun digər adı “şeytan çarxı” hesab edilir. Şeytanın çarxından xeyirli, yaradıcı nə gözləmək olar?!

Beləliklə, şən atmosferi olan Koni-Aylenddə karusel operatoru Hampti, dəniz məhsulları verilən restoranda ofisiant işləyən arvadı Cinni ilə yaşayır. Cinninin birinci ərindən olan on iki yaşlı oğlu Riççi də onlarla birgə qalır. Bir gün Hamptinin əvvəlki arvadından olan qızı Karolina qanqster ərindən qaçıb atasının yanına gəlir. O, burada gizlənməyə qərar verir. Düşünür ki, qanqster ər onu burada axtarmaz. Çünki atası uzun illərdir Karolinanı dindirmirdi.

Cinninin isə qırx yaşına az qalıb və qadın bu vəziyyətin ağırlığı altında sıxılır. Bu, yəni yaşlanmaq – bir çox qadın kimi, Cinniyə də faciə kimi görünür. Onun keçmiş sevgi xatirələri, həyata keçməyən səhnə ambisiyaları ruhi iztirablarını daha da artırır. Həmin ərəfədə Cinni çimərlikdə xilasedici işləyən tələbə Mikki ilə tanış olur və beləcə, onların ehtiraslı münasibəti başlanır. Gənc oğlan bu münasibətə sırf şəhvani hislərlə bağlansa da, qadın daha ülvi duyğulara, ümidlərə köklənir. Bir müddət sonra elə olur ki, ögey qızı Karolina Cinninin rəqibinə çevrilir. Çünki Mikki ona aşiq olur və gələcəyini gənc qızla təsəvvür etməyə başlayır.

Cinni ilk dəfə Mikki ilə yatandan sonra etiraf etmişdi ki, onun birinci ailəsi elə ərinə xəyanət etdiyinə görə dağılmışdı. Eyni hadisə həyatında ikinci dəfə baş verir. Əri məsələdən xəbər tutandan sonra Cinnini boşamış, qadın da ortada qalmışdı. Çoxlu çətinliklərdən keçmiş və günlərin bir günü Hampti ilə tanış olmuşdu. Hampti qadını bu məngənədən qurtardı. Cinni Hampti haqda minnətdarlıqla “o məni xilas etdi” desə də, yenidən keçmişdəki kimi davranır. O, ikinci ərinə də xəyanət edir və hazırkı sıxıntılarından, ona tez-tez başağrısı verən nevrozdan növbəti dəfə xilas olacağını düşünür. Bəs, çimərlik xilasedicisi məşuqəsini xilas edəcəkmi?

Bunu bilmək üçün kinoya baxmaq lazımdır.

Vudi Allen filmlərinin süjetinə psixoanalizi əlavə edən ustadlardandır. Ona görə də onun filmləri bir çoxlarını riqqətə gətirməyi bacarır. Əlbəttə, Allenin ekran əsərlərindən narahat olan, onları izləməkdən vaz keçənlər də olur. Onları obrazların məhz güzgü effekti yaratmağı qıcıqlandırır. Həmin şəxslər obrazların həyat tərzinin, davranışlarının özlərinkinə oxşadığını görür və reallıqdan dəhşətə gəlirlər.

İnsan təbiəti qarışıq, mürəkkəbdir. Bəzən elə qərarlar verə, elə davrana bilərik ki, həmin addımlar sunami kimi həyatımızı viranə hala sala bilər. Belə addımlar gülləri, gəncliyi, günəşi soldura bilər. Kənardan baxanda görürsən ki, təkrarlanan ssenarinin sonsuz dairəsi içindəsən. Bu elə “Möcüzə çarxı”na oxşayır. “Təcrübə qazandım” deyib özünü yalançı təsəllilərin ağuşuna atanlar da var. İnsan əlində olanların dəyərini bilmirsə, hansı qiymətli təcrübədən danışmaq olar?

Eyni səhvləri edərək keçən həyat, şeytanın işgəncə çarxını xatırladır. Bu da hər dəfə insanın təkrarlanan xoşagəlməz davranışlarla özünün pis biri olduğunu sübut və təsdiq edir.

Cinni keçmişlə bağlı məyusluq, şübhə, ağrılarla bərabər günahkarlıq da duyur. O, nəfsinin badına gedib. Sevmədiyi, sadəcə ehtirasını oyadan biri ilə yatıb. İndi heç bilmir ki, keçmiş əri hardadır, nə edir. Qadın hətta onun intihar etdiyini ehtimal edir. Günah hissi Cinninin başına ilan kimi dolanıb. Nə keçmişi, nə də bu günü qəbul edə bildiyi üçün başağrıları ondan əl çəkmir.

Günahkarın şüursuz məramı nədir? Cəza almaq. Cəzalanmaq üçün nə etmək lazımdır? Yenidən günah işləyib, daha da şiddətlə günahkarlıq hissinin altında əzilmək.

Keçmiş də, bu gün də qadalı olduğu üçün Cinni yenidən xam xəyallarla gələcəyə ümid bəsləyir. Qadın Mikki ilə qaçıb firavan olacağını sanır.

Mikki xəyalpərəstdir, romantikdir, şair ruhu və yaraşığı ilə cazibə yarada bilir. Ancaq o, Cinninin ondan gözlədiyi “birgə gələcək” xəyalı haqda dostuna danışanda bunu “irrasionallıq” adlandırır. O etiraf edir ki, özündən yaşca böyük, yeniyetmə oğlu olan qadınla gələcəyini təsəvvür etmir. Halbuki ilk dəfə Cinni ilə sevişəndən sonra qadının yaşının, ailəli olmasının onun sevgisinə mane olmadığını bildirmişdi.

Bəs Mikki niyə əri olan qadınla münasibətə girdi? Əlbəttə, ortada gözəl, ehtiras oyadan vücudu olan qadın vardı. Mikki bir məqama qədər, yəni Karolinanı görənə qədər düşünürdü ki, Cinnini sevir. Bu münasibət onun könlüncə idi. Onlar dəniz kənarında, gözlərdən uzaq ekstremal məkanlarda sevişir, ortaq maraqlarından - teatrdan, ədəbiyyatdan danışır, yayın cırhacır məhəbbətindən zövq alırdılar. Daha sonra Mikki mehrini Karolinaya salır və araya məhəbbət üçbucağı daxil olur.

Mikki ikinci dəfə Karolina ilə qarşılaşanda xilasedici qülləsində oturmuşdu. Qızı görən kimi əlindəki kitab yerə düşür. Bu, psixoanalitik Ernest Consun “Hamlet və Edip” əsəri idi. Consun fikrincə, oğlunun anasına bəslədiyi məhəbbətdən və nəticə etibarilə atasına olan qısqanclığı və nifrətindən bəhs edən “Hamlet” hekayəsi çox mürəkkəb və üstüörtülü hekayədir. “Edip” isə Edip kompleksi ilə əlaqədardır. Belə ki, Edip kompleksi - oğulun anasına qarşı duyduğu şüursuz yaxınlığa görə atasını qısqanması və bununla əlaqədar keçirdiyi ruhi pozuntular kompleksinə verilən addır.

Rejissor Vudi Allen o kitabı həmin kadra təsadüfən əlavə etməyib. Orada Mikkinin şüursuzluğuna işarə edilir. Edip kompleksi nəticəsində Mikki özündən yaşlı, ailəli qadınla münasibətə girməklə, öz anasını əvəz edən qadını seçmişdir. Gənc oğlanların evli qadınlarla münasibəti buna dəlalət edir ki, onlar şüursuz halda həmin qadınları anaları, onların ərlərini isə öz ataları sanaraq elə münasibətlərə könül verirlər. Ananı qazanmaq uğrunda mübarizə çarxı...

Pornoqrafiyadakı MİLF janrı da o qəbildəndir. “MİLF” - «Mother I'd like to fuck» abreviaturası “sevişmək istədiyim ana” mənasına gəlir. Həmin janrdakı videolarda yeniyetmə, gənc oğlanlar otuz-qrıx beş yaş arasında olan qadınlarla cinsi əlaqədə olurlar. Bu, altşüurda ana ilə cinsi yaxınlıq istəyinin analoqudur.

“Möcüzə çarxı”ndakı digər maraqlı qəhrəman Cinninin oğlu Riççidir. O, ara-sıra oğurluq edir, dərsdən qaçıb kinoteatra gedir və yanğın törətməklə məşğul olur. Riççi nə ağlayır, nə də şikayət edir. O, sadəcə müxtəlif əşyaları bir yerə yığır, onları od vurub yandırır. Küçədə, məktəbin həyətində, parkda, dəniz kənarında, harada fürsət düşsə...

Riççi bunu etməklə şüursuz halda keçmişindən xilas olmaq istəyir. Riççi ah çəkmir, mızıldamır, qorxmur, ancaq laqeyd üz ifadəsiylə yandırdıqlarına baxır. O, bir dəfə anasına hirslənib etiraf edir ki, “psixoloqa dedim ki, atamın bizi atmağına görə sən günahkarsan”.

Filmin süjet xətti ilə bərabər digər maraqlı məqamı gözəl aktyor oyunudur. Bu elə gözəlliklərdəndir ki, baxanları heyran edir. Baş rolu canlandıran Keyt Uinslet parlaq rolu ilə ekrandan cazibə ötürür. O, münaqişəli, ziddiyyətli, cəlbedici tərəfləri ilə diqqət çəkir. Həmin qadını izləmək, onun kədərli, təşviş keçirən üzünü görmək, güzgü önündə, yataqdakı emosiyalarına şahid olmaq xoşuma gəldi. Keyt Uinslet bu mürəkkəb rolun öhdəsindən ustalıqla gəlməyi bacarıb. Xatırladım ki, Mikki rolunu Castin Timberleyk oynayır, o da, Hamptini canlandıran Ceyms Beluşi də əntiqə idilər.

“Möcüzə çarxı”nın operator işi ayrı aləmdir. Vittorio Storaro gözlərimizə bayram qatıb. Onun operatorluğu kinonu xariqüladə edib. İtaliyan ustad bizə peşəkar aşpaz əlindən çıxmış dadlı təam kimi kino göstərib. Bir sözlə, film vizual olaraq da fısqırıqdır.

Məqaləmdə film haqda spoyler vermədim, rahat izləyə bilərsiniz. Sonda bunu da əlavə edim ki, Vudi Allenin “Möcüzə çarxı” filmi özünəməxsus və maraqlı alınıb. Kinonu xüsusilə özünü kənardan görmək istəyən (və ya görə bilməyən) qadınların izləməyi lap yaxşı olardı. Hə, reallıq, özünlə üzləşmə, həqiqətlərlə tanışlıq dəhşətli və dözülməzdirsə, filmə baxmamış, iki dəfə düşünün.

Xoş seyrlər və həyat diləyirəm.

"Milli Kitab Mükafatı"nın bu ilki qalibləri məlum oldu İstanbulda ANAİB ilə TBYMB arasında görüş keçirildi Vüqar Camalzadə "Üzbəüz" layihəsinin qonağı olub
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://kulis.az
archiveBu xəbər 23 Noyabr 2024 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri