Icma.az
close
up
RU
Ölüm körpələşib: İnsan öz övladına necə qıya bilər? Psixoloqdan açıqlama

Ölüm körpələşib: İnsan öz övladına necə qıya bilər? Psixoloqdan açıqlama

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Sumqayıtda ata oğlunu bıçaqlayıb. Hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

1957-ci il təvəllüdlü Sərdar Xanbaba oğlu Muradov aralarında baş vermiş münaqişə zəminində oğlu, 1986-cı il təvəllüdlü Şahmar Sərdar oğlu Muradova bıçaqla xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli APA-ya bildirib ki, Dekabrın 26-da saat 22 radələrində Sumqayıt şəhəri ərazisində 1986-cı il təvəllüdlü Ş.Muradova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü S.Muradov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

O qeyd edib ki, araşdırma aparılır.


Psixoloq Sevinc Baxışova “Sherg.az”a söyləyib ki, hər gün onlarla qan donduran xəbər oxuyuruq:


“Artıq ölüm hadisələri bizim üçün adiləşib. Bir xəbərdən o birinə keçirik. Çox vaxt heç tükümüz də tərpənmir. “Ölüm cavanlaşıb” deyəndə adətən xəstəlikləri nəzərdə tuturlar. Fəqət artıq qatil valideynləri də ora qatacağıq. Ölüm cavanlaşmayıb, ölüm körpələşib. Ümumiyyətlə, fikir vermişəm, son illərdə “psixoloji problem" söhbəti yaman dəbdədir. Kim kimi öldürür, çox rahat bir şəkildə “başında problem var” deyərək söhbətdən çıxırlar. Adamlar var, övladının olması üçün hər şeyindən keçər. Yetər ki, evindən körpə səsi ucalsın, yetər ki, körpə ona ürkək-ürkək “ata” desin. Valideynlər uşaqlarına qarşı tərbiyə məqsədilə zorakılıq hallarına yol verməməlidirlər. Doğrudan da insan ağlına, normal məntiqə sığmayan dəhşətli olaydır. Niyə belə olur? Səbəb nədir - qəddarlaşan cəmiyyət, yediyimiz qidalar, yoxsa zəmanə? İnsan öz körpəsinə, ailəsinə necə qənim kəsilə bilər? Bunca aşırı qəddarlıq və vəhşiliyin kökündə nə durur? Hər bir hərəkətdə valideyn uşağın mənafeyini hər şeydən üstün tutmalıdır. Hamımız irsiyyətin, tərbiyənin məhsuluyuq və hər birimizin öz hekayəsi var. Son bir neçə həftədə görməyə çox alışdığımız bu xəbər başlıqları cəmiyyətdəki ciddi problemlərin həyəcan siqnalıdır. Uşaqlara qarşı psixoloji və ya fiziki şiddətə əsla yol verilməməlidir. Bu gün övladı ilə düzgün münasibət qurmayan, ünsiyyətdə çətinlik çəkən valideynlər çoxluq təşkil edir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Dekabr 2024 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri