Icma.az
close
up
RU
ChatGPT Googleu sıradan çıxaracaq? Ekspert: Bu alət insanları yanlış fikrə yönəldir

ChatGPT Googleu sıradan çıxaracaq? Ekspert: Bu alət insanları yanlış fikrə yönəldir

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Süni intellektin inkişafı, istifadəçilərinin sayı artmağa davam etdikcə "Google" populyarlığını itirməyə başlayıb. ChatGPT və bu kimi müasir texnologiyalar sürətli və dəqiq cavablar təqdim etdiyi üçün gənc nəsli cəlb edir.

Bəs ChatGPT "Google"u tamamilə sıradan çıxara bilərmi?

İKT İnformasiya Mərkəzinin direktoru Fərid Kazımov Redaktor.az-a açıqlamasında onların fərqliliklərini izah etdi:

"Əgər biz həyatımızda yaranan suallara cavab tapmaq istəyiriksə, bu, fərqli yanaşma tələb edir, yox, əgər konkret hər hansı xidmətləri, məhsulları, mənbələri və s. axtarmaq istəyiriksə, başqa bir yanaşma edirik. Bu nöqteyi-nəzərdən ChatGPT və "Google" bir-birindən fərqlənir. ChatGPT hər hansı məlumat almaq üçün tam olaraq köməkedici alətdir. Amma bu alətə birmənalı olaraq müsbət yanaşmaq olmaz. Çünki bəzi hallarda ChatGPT özündən məlumatlar uydurur, insanları yanlış fikrə yönəldir. Məsələn, ABŞ-də hüquqşünaslar bir işlə bağlı müdafiəyə hazırlaşırdılar. Onlar ChatGPT vasitəsilə müxtəlif məlumatlar əldə edərək məhkəmədə səsləndiriblər və dezinformasiya olduğu üzə çıxıb". 

Mütəxəssisin sözlərinə görə, ChatGPT-nin bilikləri internetdə olan informasiyalar əsasında formalaşır və bu, o demək deyil ki, həmin biliklər həmişə düzdür:

"Çünki hər bir mənbəni doğru saymaq olmaz. "Google" axtarış sistemində isə istifadəçilər konkret cavablar yox, mənbələr axtarır. Əslində, "Google"un özünün də süni intellekti var - "Gemini" adlanır və tətbiqinə başlayıb. Ancaq biz elə bilməməliyik ki, süni intellekt varsa, bu, bütün problemlərimizi həll edir və ancaq ondan istifadə etməliyik. Yaddan çıxartmayaq ki, "Google"un əsl rəqibi ChatGPT deyil, bazarda başqa yeni brauzerlər də meydana çıxıb. Bu brauzerlər süni intellekt üzərində axtarış edirlər. Məsələn, əgər siz kofe içmək istəyirsinizsə, proqram sizin fəaliyyətinizi nəzərə alaraq, sizə kofe içə biləcəyiniz kafelərin lokasiyasını təqdim edəcək, istiqamətləndirəcək".

F.Kazımov qeyd etdi ki, texnologiyanın gələcəyi üçün üç istiqamətin vəhdəti güclü və sürətli ola bilər: süni intellekt, biotexnologiyalar və avadanlıqlar.

"Bu zaman biz süni texnologiya sahəsində böyük sıçrayışın şahidi olacağıq. Bu, həm insan fəaliyyətinə birbaşa təsir edəcək, həm də bizim sağlamlıq və s. kimi məsələlərdə rol oynayacaq. Bir neçə il əvvələ qədər investorların yeni trendlərə çox böyük maraqları var idi və külli miqdarda investisiya qoyurdular. Məhz süni intellekt də belə startaplardandır. Artıq bu məsələ yavaşlayıb, həmin investisiyaların həcmi azalmağa başlayıb. Çünki anladılar ki, süni intellekt sadəcə olaraq mövcud informasiyaları analiz etməkdir və insan beyni səviyyəsinə çatmır. Əlbəttə, bu istiqamətdə iş aparılır. Mən əminəm ki, yaxın gələcəkdə süni beyin insanın fəaliyyətini keçəcək", - deyə mütəxəssis bildirdi.

Sevinc İBRAHİMZADƏ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 05 Dekabr 2024 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri