Icma.az
close
up
RU
“ChatGPT ilə əməkdaşlıq Azərbaycan təhsilinə nə vəd edir?

“ChatGPT ilə əməkdaşlıq Azərbaycan təhsilinə nə vəd edir?

Icma.az bildirir, Milli.az portalına istinadən.

Ötən həftə məlumat verildiyi kimi, Elm və Təhsil Nazirliyi "ChatGPT" alətini hazırlayan "OpenAI" ilə təhsil sahəsində mühüm əməkdaşlığa başlayır. Bu əməkdaşlıq çərçivəsində müəllimlərin gündəlik işini asanlaşdıracaq, şagirdlərin isə daha yaxşı öyrənməsinə dəstək olacaq yeni süni intellekt əsaslı həllərin hazırlanması nəzərdə tutulur.

"OpenAI"nin Azərbaycan ilə başladığı bu əməkdaşlıq ölkəmizə nə vəd edir?

Milli.Az xəbər verir ki, bununla bağlı rəsmi "Linkedin" səhifəsində məlumat paylaşan "OpenAI" açıqlayıb ki, Elm və Təhsil Nazirliyi ilə birgə fəaliyyət ölkənin rəqəmsal təhsil sisteminin güclənməsinə dəstək verəcəklər. Hazırlanacaq həll "Rəqəmsal Məktəb" platformasında həm şagirdlərə, həm də müəllim və məktəb rəhbərlərinə süni intellekt əsaslı təhsil dəstəyi göstərəcək, onlar üçün bir çox imkanlar təqdim edəcək.

Məqsəd isə sadədir: müəllimlərə sinifdə daha fərdiləşdirilmiş dəstək göstərmək imkanı yaratmaq, şagirdlərə öyrənmək və özünəinam formalaşdırmaq üçün əlavə imkanlar təqdim etmək.

Şagirdlər üçün imkanlar

Təqdim ediləcək həll şagirdlər üçün aşağıdakı imkanları yaradacaq:
•    Süni intellekt şagirdlərin bilik səviyyəsini təhlil edəcək.
•    Çətinlik çəkilən mövzular və istiqamətlər müəyyənləşdiriləcək.
•    Hər şagird üçün fərdiləşdirilmiş tapşırıqlar hazırlanacaq.
•    Fərdi dəstək mexanizmləri təqdim olunacaq.
•    Şagirdlərin özünüinkişaf və gələcək üçün vacib bacarıqlarının formalaşmasına dəstək veriləcək.
•    Şagirdlər süni intellekt alətlərindən səmərəli istifadə bacarıqları əldə edəcəklər.

Müəllimlər və məktəb rəhbərləri üçün imkanlar

"ChatGPT" ilə yenilənmiş "Rəqəmsal məktəb" yalnız şagirdlər üçün deyil, müəllim və məktəb rəhbərləri üçün də funksional olacaq. Beləliklə, platforma təhsil işçilərinə də aşağıdakı istiqamətlər üzrə dəstək göstərəcək:
•    Müəllimlər üçün xüsusi analitik panel fəaliyyət göstərəcək.
•    Müəllim və məktəb idarəediciləri tədris göstəricilərini real vaxt rejimində izləyəcəklər.
•    Toplanan məlumatlar əsasında təhlillər aparacaqlar.
•    Tədris fəaliyyətinin planlaşdırmasını və idarə edilməsini daha səmərəli təşkil edəcəklər.

Tətbiq mərhələsi

"Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın prioritet istiqamətlərinə uyğun əməkdaşlıq "Rəqəmsal məktəb" layihəsi çərçivəsində tətbiq ediləcək. Hazırlanmış həllər ilkin mərhələdə pilot şəkildə həyata keçiriləcək. Əldə edilən nəticələr təhlil edildikdən sonra mərhələli şəkildə əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.

Əməkdaşlıq çərçivəsində bir sıra əsas prinsipləri riayət olunacaq - müəllim nəzarəti, milli kurikuluma uyğunluq, davamlı qiymətləndirmə və məlumatların təhlükəsizliyi və qorunması kimi məsələlərə xüsusi diqqət yetiriləcək.

Milli innovasiya ekosisteminə dəstək

Layihənin mühüm istiqamətlərindən biri də ölkədə süni intellekt üzrə bilik və innovasiya potensialının artırılmasıdır. Layihə çərçivəsində milli süni intellekt innovasiya ekosisteminin inkişafı istiqamətində birgə fəaliyyətin təşkili nəzərdə tutulur. Bu çərçivədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə hakatonlar təşkil olunacaq, "Build Days" proqramları, tədqiqat və inkişaf təşəbbüsləri həyata keçiriləcək, yerli innovasiya və texnologiya potensialının gücləndirilməsi istiqamətində əməkdaşlıqlar qurulacaq.

"OpenAI" və son dövrlərdə süni intellekt sahəsində digər böyük şirkətlərlə əməkdaşlıq onu göstərir ki, Azərbaycan təhsili texnoloji yeniliklərə açıqdır. Süni intellekt əsaslı təhsil həllərinin tətbiqi Azərbaycanın rəqəmsal transformasiya gündəliyində mühüm yer tutur. 

Milli.Az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 01 İyun 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see402

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see392

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see345

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see327

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see310

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see254

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see254

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see250

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see248

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see227

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see221

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see220

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see213

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see208

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see206

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see203

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see202

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri