Icma.az
close
up
RU
Azərbaycan gəncliyi niyə “ChatGPT” yə “sığınıb”? ARAŞDIRMA

Azərbaycan gəncliyi niyə “ChatGPT” yə “sığınıb”? ARAŞDIRMA

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Orta məktəb “təhsil verən institut” olmaqdan çıxıb, sadəcə “gündəlik davamiyyət məkanı”na çevrilib...

“Universitet mərhələsində də vəziyyət yaxşı  deyil. Bir çox istifadə olunan dərsliklər köhnədir, elmi səviyyəsi zəifdir, aktual texnologiya və metodologiyaları əhatə etmir, dünya standartları ilə ayaqlaşmır...”

“Süni intellekt düzgün istifadə olunanda “beyni gücləndirən alət”dir. Yanlış istifadə olunanda isə “beyni tənbəlləşdirən cihaz”a çevrilir...”

“Bəs əgər bir gün Tarif şurası, ETN və digər qurumlar gələcəkdə Sİ xidmətlərini ölkədaxilində pullu etsələr, nə olar? Bu narahatlıq tam əsaslıdır...!

Moderator.az aktuallığını nəzərə alıb tanınmış təhsil eksperti İlham Əhmədovun “Azərbaycan gəncliyi niyə “ChatGPT”-yə “sığınıb”?” başlıqlı növbəti analitik araşdırma yazısını təqdim edir:

“Mətbuatın yaydığı məlumatlara görə, Azərbaycan süni intellektdən gündəlik istifadə göstəricisinə görə 147 ölkə arasında 64-cü yerdədir. Ölkədə süni intellektdən gündəlik istifadə edənlərin payı 14,2% təşkil edir. Bu rəqəm ilk baxışdan normal görünə bilər. Lakin qlobal müqayisədə fərq ciddi şəkildə diqqət çəkir: hazırda dünyanın əmək qabiliyyətli yetkin əhalisinin 30%-dən çoxu gündəlik olaraq neyron şəbəkələrindən və Sİ vasitələrindən istifadə edir...

Daha maraqlı məqam isə budur ki,  Azərbaycanda süni intellektdən istifadənin əsas yükünü məhz gənclər daşıyır. Yəni bu, sadəcə texnologiya həvəsi deyil — daha dərin sosial və təhsil səbəbləri olan bir tendensiyadır. Bəs bizim gənclərin Sİ-dən daha çox istifadəsinin səbəbi nədir?

Bu sualın cavabı təkcə texnoloji yox, həm də təhsil və sosial sistemin struktur problemlərini üzə çıxarır...

Süni intellekt — təkcə texnologiya deyil, həm də “xilas mexanizmi”...

Əgər inkişaf etmiş ölkələrdə süni intellekt daha çox məhsuldarlıq, innovasiya və biznes üçün istifadə olunursa, Azərbaycanda Sİ-nin populyarlaşmasının arxasında başqa bir motiv dayanır: təhsildəki boşluğu doldurmaq ehtiyacı...

Gənclər “ChatGPT” və oxşar platformalara yalnız “maraqlı alət” və ya əyləncə  kimi yanaşmırlar. Onlar bunu çox vaxt: dərslikləri başa düşmək, mövzunu sadə dildə izah etdirmək, tapşırığı həll etmək, konspekt hazırlamaq, referat yazmaq, imtahana hazırlaşmaq üçün istifadə edirlər.

Bu göstərir ki, Sİ Azərbaycanda bir çox gənc üçün müəllimin, repetitorun və dərsliyin alternativinə çevrilib...

Məktəb dərslikləri bilik mənbəyi yox, anlaşılmazlıq problemidir...

Bu gün məktəbin əsas problemlərindən biri də dərsliklərin anlaşılmazlığıdır. Bu, təsadüfi fikir deyil. Azərbaycan təhsil sistemində dərslik problemi uzun illərdir ictimai narazılıq yaradır. Dərslik öyrətmək üçün, özünütəhsil üçün yazılmalıdır. Amma bizdə dərsliklərin çoxu dil baxımından ağır,  terminlərlə yüklü, məntiqi ardıcıllığı zəif, izah yox, məlumat toplusu formatındadır.

Bu vəziyyətdə şagirdin qarşısında seçim yaranır: ya çətin dili “əzbərləmək”, ya da alternativ izah mənbəyi tapmaq.  Bu alternativ mənbə artıq çox vaxt “Google” yox, “ChatGPT” olur.

Məktəbdə tədris prosesinin pozulması...

Azərbaycan məktəblərində formal dərs keçirilməsi ilə real öyrətmə arasında böyük fərq yaranıb. Tədris prosesində müəllim motivasiyası zəifləyib, dərs yükü ağırdır, qiymətləndirmə sistemi formal xarakter daşıyır,  məktəb mühitində öyrənmə mədəniyyəti zəifdir. Bunun  nəticəsində məktəb “təhsil verən institut” olmaqdan çıxıb, sadəcə “gündəlik davamiyyət məkanı”na çevrilib...

Belə şəraitdə gənclərin süni intellektə yönəlməsi təbii reaksiyadır: insan boşluqda qalanda, alternativ axtarır.

Repetitorluq: paralel təhsil sistemi və sosial bərabərsizlik mexanizmi…

Məktəbdə tədris zəiflədikcə repetitorluq genişlənir. Bu isə artıq tək-tək fərdi dərslər deyil, bütöv paralel sistemdir, məmurların yaratdıqları və bəslədiyi kölgə təhsilidir...

Repetitorluq ailələrə böyük maliyyə yükü yaradır,  sosial bərabərsizliyi dərinləşdirir,  məktəbin nüfuzunu daha da aşağı salır...

Məsələ ondadır ki, repetitorluq bahadır, heç də hər ailənin buna gücü çatmır. Bu halda süni intellekt gənclər üçün yeni bir  xilaskar rolunu oynayır: pulsuz repetitor...

“ChatGPT” şagirdə dərsi izah edir, test hazırlayır, yazı yazır, hətta plan qurur. Repetitorun gördüyü işi daha sürətli edir. Bu da onu kütləvi şəkildə cəlbedici edir...

Ali məktəblərdə köhnə dərsliklər və zəif akademik resurslar...

Universitet mərhələsində də vəziyyət yaxşı  deyil. Bir çox istifadə olunan dərsliklər köhnədir, elmi səviyyəsi zəifdir, aktual texnologiya və metodologiyaları əhatə etmir, dünya standartları ilə ayaqlaşmır. Nəticədə tələbə universitetdə müasir bilik axtaranda yenə “sistem içindən” cavab tapa bilmir. O zaman yenə süni intellektə üz tutur...

Bu, çox təhlükəli bir göstəricidir: tələbə artıq universiteti bilik mənbəyi kimi yox, diplom mexanizmi kimi görür...

Azərbaycandilli resurs çatışmazlığı: Sİ “dil boşluğunu” da doldurur...

Digər mühüm faktor: internetdə Azərbaycan dilində keyfiyyətli tədris resurslarının azlığıdır.  Müasir dünyada bilik əsasən internetdədir. Lakin azərbaycanlı şagird və tələbə üçün problem yaranır. Əksər tələbələr xarici dili zəif bilirlər, yerli resurslar isə yetərli deyil, bu zaman çıxış yolu yenə dı süni intellekt olur.

Çünki “ChatGPT” artıq Azərbaycan dilində danışır, izah edir, sadələşdirir. Bu da onu yalnız texnoloji alət yox, dil baryerini aşan bilik körpüsü edir...

Süni intellektə təşəkkür yox, təhsil sisteminə sual verilməlidir…

Əvvəl isə “ChatGPT” yaradanlara “sağ ol” deyək, onların atalarına rəhmət düşür.  Bu həm də ciddi sosial mesajdır.

Bu cümlənin arxasında belə bir məna var:  “Təhsil sistemi mənə bilik vermədi, amma “ChatGPT” verdi”…

Bu, tərif deyil. Bu, ittihamdır. Bu, təhsil sisteminə verilən sərt qiymətdir…

Amma bunda təhlükəli risk də var: süni intellektdən istifadə artacaq, amma düşünmə azalacaq...

Sİ gənclər üçün böyük imkan, amma eyni zamanda risk də yaradır. Əgər gənclər süni intellekti düşünmək üçün yox, cavab almaq üçün,  yazını “hazır” əldə etmək üçün istifadə edərsə, onda nəticə belə olacaq: bilik artırmış kimi görünəcək, amma düşüncə zəifləyəcək.

Süni intellekt düzgün istifadə olunanda “beyni gücləndirən alət”dir. Yanlış istifadə olunanda isə “beyni tənbəlləşdirən cihaz”a çevrilir...

Gələcək qorxu: Sİ xidmətləri pullu olarsa nə baş verəcək?..

Bəs əgər bir gün Tarif şurası, ETN və digər qurumlar gələcəkdə Sİ xidmətlərini ölkədaxilində pullu etsələr, nə olar? Bu narahatlıq tam əsaslıdır. Çünki əgər süni intellekt xidmətləri kommersiyalaşdırılarsa, bu, repetitorluq kimi yenidən sosial bərabərsizliyi dərinləşdirə bilər...

Bir ölkədə ki, distant təhsilə 25 il qadağa qoyula (guya buna maliyyə yoxdur bəhanəsi ilə), digər tərəfdən, "CORSERA" şirkətində 200 min insanın onlayn təhsil almasına görə on milyonlarla dollar ödənilə, onda hər cür absurd addım gözləniləndir...

Sabah belə bir mənzərə yarana bilər ki,  imkanı olan Sİ ilə öyrənər, imkanı olmayan isə yenə “köhnə dərslik” və “formal məktəb”in ümidinə qalacaq. Bu isə artıq sadəcə təhsil problemi yox, sosial təhlükə deməkdir...

Süni intellektə yönəliş təhsil böhranının daha bir güzgüsüdür...

Azərbaycanda gənclərin süni intellektdən daha çox istifadə etməsi yalnız texnologiya həvəsi deyil. Bu daha çox məktəb dərsliklərinin zəifliyi, tədris prosesinin pozulması,  repetitorluğun bahalığı, universitet resurslarının köhnəlməsi, ana dilində keyfiyyətli maarif resurslarının azlığı kimi problemlərin nəticəsidir.

Süni intellekt Azərbaycanda təhsili dəyişmir, sadəcə təhsildəki boşluğu doldurur. Bu isə sistem üçün ciddi siqnaldır. Əgər dövlət və təhsil qurumları, səriştəsiz təhsil menecerləri bu tendensiyanı düzgün oxusa, süni intellekt ölkənin təhsilini dirçəldə bilər. Əgər yanlış oxusa, o zaman Sİ sadəcə “köməkçi alət” yox, təhsilin son “protez mexanizmi” olacaq...

Bəs biz süni intellekti təhsilin inkişafı üçün istifadə edəcəyik, yoxsa təhsil sisteminin iflasını ört-basdır etmək üçün?

Əlbəttə ki, ört-basdır etmək üçün. Çünki, "pir mənimdir, kəramətinə bələdım"..

Dosent Ilham Əhmədov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://moderator.az
archiveBu xəbər 12 Fevral 2026 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri