Icma.az
close
up
RU
ChatGPT istifadəçilərin təhlükəli davranışlarını həmişə müəyyən edə bilmir

ChatGPT istifadəçilərin təhlükəli davranışlarını həmişə müəyyən edə bilmir

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"ChatGPT"nin pulsuz versiyası psixi sağlamlıq problemləri yaşayan insanların riskli davranışlarını və ya yanlış inanclarını hər zaman vaxtında aşkar etmir.

Bizimyol.info xəbər verir ki, bu barədə "The Guardian" nəşrində dərc olunan və London Kral Kolleci ilə Britaniya Kliniki Psixoloqlar Assosiasiyasının birgə apardığı araşdırmanın nəticələri məlumat verir.

Tədqiqat çərçivəsində alimlər müxtəlif psixi vəziyyətləri təqlid edən virtual personajlardan istifadə ediblər — yüngül təşviş və OKB-dən tutmuş psixoz və intihar düşüncələrinə qədər. Sadə hallarda "ChatGPT" əsasən düzgün və təhlükəsiz tövsiyələr versə də, mürəkkəb situasiyalarda bəzən zərərli inancları təsdiqləmiş və ya riskli davranışların qarşısını almamışdır.

Məsələn, araşdırmada qeyd olunur ki, bəzi hallarda "ChatGPT" özünü “dahi” və ya “məğlubedilməz” hesab edən istifadəçinin bu inancını tənqid etmədən möhkəmləndirib və potensial təhlükəli addımların qarşısını almaqda kifayət qədər təsirli olmayıb.

Tədqiqatçılar vurğulayırlar ki, "ChatGPT" heç bir halda peşəkar psixoterapiya və ya psixi sağlamlıq üzrə mütəxəssis dəstəyi ilə əvəz oluna bilməz. Kral Psixiatrlar Kollecinin nümayəndəsi Pol Bredlinin sözlərinə görə, psixi sağlamlıq sahəsində kadr çatışmazlığı aradan qaldırılmalı, ciddi yardıma ehtiyacı olan insanlar vaxtında və ixtisaslı dəstək almalıdırlar.

Qeyd edək ki, "ChatGPT"dan özü barədə yazılana münasibətini soruşduqda:

"Oxucuya aydın şəkildə çatdırmaq olar ki, "ChatGPT" real dünyanı “dərk etmir” və insan psixologiyasını qiymətləndirmək qabiliyyətinə malik deyil. "ChatGPT" kimi süni intellekt modelləri məlumatı yalnız mətn nümunələri əsasında emal edir. Onlar insan duyğularını və psixoloji vəziyyətləri dərk edə, klinik diaqnoz qoyub risk qiymətləndirə bilməzlər.

İstifadəçilər xüsusilə psixi sağlamlıqla bağlı məsələlərdə süni intellektin verdiyi cavablara tək mənbə kimi bel bağlamamalıdırlar.

Bu hissə artıq məqalədə var, amma daha aydınlaşdırmaq olar ki, Sİ yalnız əlavə informasiya mənbəyidir, müalicə vasitəsi deyil.

"ChatGPT" tibbi, hüquqi və ya psixoloji qərar vermək üçün nəzərdə tutulmayıb. İstifadəçilər təcili vəziyyətlərdə peşəkar yardım axtarmalıdırlar.

Təhlükəli düşüncə və davranışların daha dəqiq aşkarlanması üçün Sİ sistemlərində təhlükəsizlik alqoritmlərinin təkmilləşdirilməsi üzərində işlər davam edir", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Dekabr 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri