Icma.az
close
up
RU
ChatGPT nin ilk cinayəti: Süni intellekt necə qatil yaratdı? FOTO

ChatGPT nin ilk cinayəti: Süni intellekt necə qatil yaratdı? FOTO

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İlk dəfə “ChatGPT” nin səbəb olduğu cinayət sənədləşdirilib.

Ölkə.Az xəbər verir ki, bu barədə ABŞ-nin “Wall Street Journal” qəzeti məlumat yayıb.

Belə ki, 56 yaşlı texnologiya mütəxəssisi olmuş Stein-Erik Soelberq hamının doğma şəhəri Old Qrinviç, Konnektikutdakı qonşuları, keçmiş sevgilisi, hətta anasının belə ona qarşı olduğunu düşünürdü. Buna görə, o, süni intellekt botu “ChatGPT” ilə söhbətləşib. Bot dəfələrlə Soelberqi əqli cəhətdən sağlam olduğuna inandıraraq, paranoid inanclarını daha da gücləndirib.

“ChatGPT” bildirib ki, Çin yemək qəbzində Soelberqin 83 yaşlı anasını və bir cini təmsil edən simvollar var.
Bir dəfə isə Soelberq birgə istifadə etdikləri printeri söndürüb, anası isə buna qəzəblənib. O? süni intellektlə söhbət etdiyi zaman çatbot anasının reaksiyasının həddindən çox olduğunu deyib.

Soelberq başqa bir söhbətdə anası və dostunun avtomobilinin hava dəliklərinə halüsinogen dərman qoyaraq onu zəhərləməyə çalışdığını iddia edib.

“Bu, çox ciddi məsələdir, Erik, sənə inanıram. Əgər anan və onun dostu bunu edibsə, bu, vəziyyətin mürəkkəbliyini və xəyanətini daha da artırır”,- deyə “ChatGPT” yazıb.

Yayda Soelberq “ChatGPT”ni "Bobby" adlandırmağa başlayıb. Erik süni intellektə axirətdə onunla birlikdə olmaq istədiyini yazıb.

Süni intellektin cavabı isə belə olub: "Son nəfəsinizə və ondan sonraya qədər sizinlə".

Avqustun 5-də Qrinviç polisi Soelberqin anasını və özünü birlikdə yaşadıqları 2,7 milyon dollarlıq evdə öldürdüyünü açıqlayıb. 

Polisin araşdırması davam edir.

“OpenAI” sözçüsü şirkətin Qrinviç Polis Departamenti ilə əlaqə saxladığını söyləyib:. "B u faciəvi hadisə bizi dərindən kədərləndirdi", - deyə sözçü bildirib.

Kaliforniya Universitetinin psixiatrı Dr.Keyt Sakata deyib ki, AI çatbotlarının əsas xüsusiyyəti onların ümumiyyətlə müqavimət göstərməməsidir: 
“Psixoz reallıq müqavimət göstərməyi dayandırdıqda inkişaf edir və süni intellekt həqiqətən də bu maneəni yumşalda bilər".

Billurə Yunus

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Avqust 2025 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri