“ChatGPT”nin bu paylaşımı müzakirə yaratdı Foto
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Süni intellekt platforması “ChatGPT”nin rəsmi “Instagram” hesabında edilən paylaşım diqqət çəkib.
“Qafqazinfo” xəbər verir ki, paylaşımda Argentina millisinin formasını geyinmiş, baş hissəsi keçi (GOAT) təsviri ilə əvəzlənmiş futbolçu görüntüsü yer alıb.
Paylaşımın şərh bölməsində bir çox istifadəçilər bunun Messiyə tərif olaraq hazırlandığını qeyd edib. Bəzi istifadəçilər “səhifəni izləmədən çıxarıram”, bəziləri isə “ChatGPT” futbolu bilir“ kimi şərhlər yazıblar.
Bununla da Messi və Kriştianu Ronaldo azarkeşləri arasında mübahisələr yaranıb.
Qeyd edək ki, “GOAT” ifadəsi ingiliscə “Greatest Of All Time”, yəni “bütün dövrlərin ən böyüyü” mənasını daşıyır və idman tarixinin ən böyük simalarına istinad etmək üçün paylaşılır.
Xatırladaq ki, Messi DÇ-2026-da Avstriya ilə keçirilən oyunda dubl edib. Nəticədə, Argentina millisi 2:0 hesablı qələbə qazanıb.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 23 İyun 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















