Icma.az
close
up
RU
CHP də İmamoğlu Özəl münaqişəsi dərinləşir?

CHP də İmamoğlu Özəl münaqişəsi dərinləşir?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasında (CHP) prezidentliyə namizədlik ətrafında yaranan daxili böhran dərinləşir.

“Cebheinfo.az” xəbər verir ki, Partiyanın sədri Özgür Özəl ilə hazırda həbsdə olan İstanbul Böyük Şəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlu arasında gedən hakimiyyət mübarizəsi artıq Prezidentliyə Namizəd Qərargahına da sirayət edib.

Belə ki, yay aylarında Ankarada açılan CHP-nin Prezidentliyə Namizədlər Ofisi qısa müddətdə iki siyasi düşərgənin rəqabət meydanına çevrilib.

Məlumata görə, Özgür Özəl ilkin mərhələdə qərargahın fonunda yer alan Əkrəm İmamoğlunun fotoşəkli və adını çıxararaq, onların yerinə Türkiyə bayrağı və cümhuriyyətinin banisi, qazi Mustafa Kamal Atatürkün portretini yerləşdirib.

Daha sonra Özgür Özəl ofisdəki ad lövhəsində İmamoğlunun adının yanına öz adını da əlavə edib. Bu addımlar İmamoğlu tərəfdarları arasında ciddi narahatlığa səbəb olub və iki qrup arasında gizli rəqabəti daha da kəskinləşdirib.

Ötən həftə Özgür Özəl Prezidentliyə Namizədlər Ofisində fəaliyyət göstərən kölgə kabineti ilə görüşərək 2026-cı il üçün yol xəritəsini müzakirə edib.

Lakin paralel olaraq Silivri həbsxanasında saxlanılan Əkrəm İmamoğlunun da prosesə müdaxilə etdiyi bildirilir.
İddialara görə, Əkrəm İmamoğlu onu ziyarət edən millət vəkilləri və vəkillər vasitəsilə Özəldən xəbərsiz şəkildə kölgə kabinetinə öz göstərişlərini çatdırır.

Bu isə Prezidentliyə Namizəd Ofisində iki fərqli fraksiyadan gələn ziddiyyətli mövqelərin partiya rəhbərliyini çətin vəziyyətə salmasına səbəb olub. Digər tərəfdən, CHP-nin hökumət proqramını və seçki manifestini ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırdığı qeyd olunur.

Məlumata görə, Əkrəm İmamoğlu bu prosesdə də həlledici rol oynamaq niyyətindədir və ona yaxın siyasətçiləri, eləcə də kölgə kabinetini bu istiqamətdə ondan xəbərsiz addımlar atdıqlarına görə tənqid edir.

Qeyd edək ki, CHP daxilində prezidentliyə namizədlik mövzusu son aylarda partiya rəhbərliyi ilə İmamoğlu tərəfdarları arasında əsas gərginlik nöqtəsinə çevrilib və qarşıdakı dövrdə bu qarşıdurmanın daha da dərinləşəcəyi istisna edilmir.

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri