İmamoğlu CHP üzvlərinin şikayətinə görə saxlanılıb AK Partiyadan ÖZƏL AÇIQLAMA
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin İstanbul şəhərinin bələdiyyə sədri Ekrem İmamoğlunun polis tərəfindən saxlanılması ölkə gündəmini zəbt edib. Ana müxalifət olan Cümhuriyyət Xalq Partiyasının (CHP) potensial namizədi İmamoğluna prokurorluq tərəfindən ciddi ittihamlar irəli sürülüb.
İstanbul Baş Prokurorluğunun yaydığı məlumatda İmamoğlu və bir qrup şəxs cinayətkar təşkilatın rəhbəri olmaq, cinayətkar təşkilata üzv olmaq, qəsb etmə, rüşvətxorluq, dələduzluq, qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi, tenderin saxtalaşdırılması kimi cinaətlərdə ittiham olunub.
Məsələ ilə əlaqədar hələlik hakim Ədalət və İnkişaf Partiyasından (AK Partiya) rəsmi reaksiya verilməyib.
Modern.az-a açıqlamasındaTürkiyə Böyük Millət Məclisinin AKP-dən olan deputatı Yıldırım Tuğrul bildirib ki, İmamoğlu barədə şikayətlərin hamısı CHP üzvləri tərəfindən edilib:
"Beşiktaş bələdiyyə sədri Rıza Akpolat həbs olunmuşdu. O, etirafçı olub. Onun verdiyi ifadələrə əsasən istintaq başladılıb. Qurultay prosesində pul işləri, həm layihələr, həm rüşvət, şəhərsalma işləri ilə bağlı pul məsələləri nə var nə yox açıqlayıb. Beykoz, Beşiktaş, eləcə də Esenyurt bələdiyyələrindəki şikayətlərin hamısı CHP üzvləri tərəfindən edilib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 19 Mart 2025 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















