Icma.az
close
up
RU
CHP İmamoğluna görə təcili toplanır Türkiyədən ÖZƏL AÇIQLAMA

CHP İmamoğluna görə təcili toplanır Türkiyədən ÖZƏL AÇIQLAMA

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Ekrəm İmamoğlu saxlanılıb. İstanbul Baş Prokurorluğu İmamoğlu və onun media müşaviri Murat Ongun daxil olmaqla 100 nəfər barəsində həbs qərarı verilib.

Şübhəkilər barəsində eyni vaxtda saxlanılma, axtarış əməliyyatlarının keçirilməsi üçün polisə təlimat verildiyi bildirilib. Onlar  terror, rüşvət və korrupsiyada ittiham olunur.

Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, təqsirləndirilən şəxslər cinayətkar təşkilatın rəhbəri olmaq, cinayətkar təşkilata üzv olmaq, qəsb etmə, rüşvətxorluq, dələduzluq, qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi, tenderin saxtalaşdırılmasında ittiham olunaraq saxlanılıblar.

Hadisəyə CHP rəhbərliyi dərhal reaksiya verib. Partiyanın sədri Özgür Özel İstanbula yola düşüb. İmamoğlunun bu gün Maltepədə keçirəcəyi mitinq ləğv olunub. CHP rəsmiləri bazar günü İmamoğlunun yeganə namizəd olduğu prezidentlik ön seçkisinin bütün üzvlərin iştirakı ilə baş tutacağını bildiriblər.

İmamoğlu səhər saatlarında X sosial platformasında yayımladığı videoda evinin qarşısında yüzlərlə polisin olduğunu qeyd edib. “Biz geri çəkilməyəcəyik, mübarizəmizi davam etdirəcəyik”, – deyə o bildirib.

Bələdiyyə sədrinin Vətən Caddəsində yerləşən İstanbul Polis İdarəsinə aparıldığı bildirilib.

Hadisə Türkiyə siyasətində böyük rezonansa səbəb olub. Müxalifət hökuməti siyasi rəqiblərə qarşı təzyiq göstərməkdə ittiham edir. Hazırda İmamoğlunun taleyi və istintaqın gedişatı diqqətlə izlənilir.

Modern.az-a açıqlamasında Cümhuriyyət Xalq Partiyasının sədrinin müavini İlhan Üzgel İmamoğlu ilə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən irəli sürülən iddiaları qəbul etmədiklərini, ittihamların uydurma olduğunu deyib:

"Ekrem İmamoğlunun terrorla, rüşvətlə və korrupsiya ilə əlaqəsi yoxdur. Əsas məqsəd İmamoğlunun namizəd olmasının qarşısını almaqdır. Təbii ki, uydurma ittihamlar irəli sürməlidirlər".

İ.Üzgel onu da bildirib ki, bu gün CHP İdarə Heyəti toplanacaq: "Sədrimiz İstanbuldadır. Partiyanın İdarə Heyəti  bu gün toplaşıb lazımi qərarları alacaq". 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Mart 2025 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see411

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see305

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see230

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see229

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see224

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see223

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see219

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see208

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see208

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see202

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see196

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see193

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see189

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see189

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see181

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see180

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see175

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see171

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see165

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri