Icma.az
close
up
RU
Öcalanın həbsdən çıxması gündəmdə deyil Türkiyədən ÖZƏL AÇIQLAMA

Öcalanın həbsdən çıxması gündəmdə deyil Türkiyədən ÖZƏL AÇIQLAMA

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

PKK terror təşkilatı ləğv edildiyini elan edib. Bununla bağlı qərar terror təşkilatının 5-7 may tarixlərində keçirilən qurultayında bildirilib.

Terror təşkilatının ləğvi Türkiyə üçün önəmli mərhələ hesab edilir. Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik də qərarı “terrorsuz Türkiyə” hədəfi baxımından əhəmiyyətli mərhələ adlandırıb. "Terrorizm tamamilə bitərsə, yeni dövrün qapısı açılacaq", - partiya rəsmisi vurğulayıb.

PKK-nın silahları tezliklə təhvil verəcəyi gözlənilir. Mətbuatda bundan sonrakı proseslər geniş müzakirə edilir. Abdullah Öcalanın həbsdən buraxılacağı da yayılan iddialar arasındadır.

Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Ayrım bundan sonrakı prosesin asan olmadığını bildirib:

“Türkiyə 40 ildir terror qruplaşması ilə mübarizə aparır. Xeyli insan şəhid olub. Hazırkı mərhələdə PKK-nın silahı buraxması, 5-7 may tarixlərində keçirilən qurultayda belə bir qərarın alınması vacibdir. Bu insanların pozitiv baxdığı irəliləyişdir. Bundan sonrakı proses asan deyil. Prosesi pozmaq istəyənlər olacaq. Silahların yerə qoyulması ilə bağlı dövlətimizin müvafiq orqanlarının həyata keçirdiyi müəyyən işlər var. Qarşıdakı günlərdə detallar açıqlanacaq. Bunlar bizim mövzumuz deyil. Bundan sonra millət vəkili olaraq üzərimizə düşən nə varsa, təbii ki, parlamentdə müzakirə ediləcək. Bizim üçün vacib olan budur. Türkiyənin hüzuru, rifahı, birlik və bərabərliyi üçün nə lazımdırsa, parlament də əlindən gələni edəcək. Bu vəsilə ilə cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və "Cümhur İttifaqı"nın ortağı cənab Dövlət Baxçalıya, eləcə də bu prosesə maraq göstərən DEM Partiyaya təşəkkür edirik. Xüsusilə də mərhum Sırrı Sürəyya Öndərə Allahdan rəhmət diləyirik. İnşallah hər şey daha yaxşı olacaq. Bölgənin parlayan ulduzları-Azərbaycan və Türkiyə qardaş kimi yeni dönəmdə daha yeni uğurlara imza atacaq”.

Öcalan sərbəst buraxılacaq?

Şamil Ayrım vurğulayıb ki, belə bir məsələ müzakirə edilmir:

“Sosial mediada hər şey danışılır, yazılır. Öcalan son dərəcə ağıllı, məntiqli qərar verdi. Onsuz da Türkiyədə terror bitmişdi. Öclanın da ağıllı çağırışı oldu və PKK-nın silahı buraxmasına qərar verildi. Bundan sonra onlar siyasi olaraq işlərini davam etdirəcəklər. Onsuz da belə davranmalıdırlar. Hazırda Öclanın həbsdən çıxması gündəmdə deyil. Önümüzdəki proseslərə baxacağıq. Bu, birinci mərhələdir. Bundan sonrakı prosesləri də mərhələ-mərhələ görəcəyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 May 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see320

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see319

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see318

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see316

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see312

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see305

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see304

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see302

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see293

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see287

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see253

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see247

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see246

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see229

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see226

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see213

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see212

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see207

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see196

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri