Icma.az
close
up
RU
Cibə xeyri olsa da, səhhətə ziyandır

Cibə xeyri olsa da, səhhətə ziyandır

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Artıq paytaxtda günün istənilən saatı tıxac müşahidə olunur. Şəhərdə, sözün əsl mənasında, maşın əlindən tərpənmək mümkün deyil. Nəqliyyat vasitələrinin sayı o qədər çoxalıb ki, artıq qeyri-iş saatlarında, hətta gecə saatlarında belə sıxlıq yaranır. Ölkə səviyyəsində bu problemin aradan qaldırılması üçün mühüm tədbirlər görülür, bəzi özəl müəssisələr iş saatlarını dəyişir. Lakin bütün bunlara baxmayaraq, Bakıda saatlarla yolda qalmaq artıq adi hala çevrilib.

Avtomobillərin sayının artması tıxacın əsas səbəblərindən biridir. Maşın almaq üçün kredit və lizinq şərtlərinin asanlaşdırılması, ilkin ödənişlərin azaldılması, eləcə də avtomobillərin əlçatan qiymətə təklif olunması bu marağı daha da artırır. Nəticədə, bəzi ailələrdə bir evdə bir neçə avtomobil olur. Bu, sosial rifahın göstəricisi kimi görünsə də, şəhər infrastrukturu üçün ciddi yük yaradır.

Son illər həm televiziyalarda, həm də sosial şəbəkələrdə çağırışlar edilir ki, insanlar şəxsi avtomobillərdən imtina edib ictimai nəqliyyata üstünlük versinlər. Amma sual yaranır: ictimai nəqliyyat bu qədər yüklənmiş şəhər üçün doğrudanmı uyğun və rahat seçimdir?

İctimai nəqliyyat qiymət baxımından sərfəli olsa da, rahatlıq və sağlamlıq baxımından çox zaman narahatlıq yaradır. Buradan hər cür insan istifadə etdiyindən, virus və infeksiyaların yayılması riski yüksəkdir. Xüsusilə, pik saatlarda insanların bir-birinə çox yaxın məsafədə getməsi infeksiyalara yoluxma ehtimalını artırır.

Bundan əlavə, ictimai nəqliyyat bir çoxları üçün stress mənbəyinə çevrilib. Ya avtobus gecikdiyinə görə, ya da avtobusdakı sıxlıq və səs-küy səbəbindən insan gərginlik yaşayır. Sərnişinlərin yüksək səslə danışması, uşaqların ağlaması, yaxud kiminsə telefonla görüntülü danışması sanki gündəlik səhnəyə çevrilib. Bəzən isə sürücü ilə sərnişin arasında yaranan mübahisələr bu stressi daha da artırır.

İnsan üçün ən dəyərli olan zaman amili də burada itir. İnsanlar saatlarla avtobus gözləyir, daha sonra boş yer tapmaq üçün növbəti avtobusu gözləməyə məcbur olurlar. Bu müddətdə itirilən vaxt isə əslində həyatın bir parçasıdır.

Tıxacların artması yalnız nəqliyyat problemini deyil, həm də insanların psixoloji durumunu təsir altına alır. Uzun müddət hərəkətsiz yolda qalmaq, səs-küy, əsəbi siqnallar və tələsik həyat tərzi insanlarda aqressiya və yorğunluq yaradır. Şəhər həyatı getdikcə daha çox stres və vaxt itkisi ilə sinonimə çevrilir.

İctimai nəqliyyatın mənfi cəhətləri sadəcə komfortsuzluqla məhdudlaşmır. Əksər marşrutlarda avtobuslar köhnədir, kondisioner işləmir, bəzi xətlərdə isə hərəkət intervalı çox uzundur. Pik saatlarda avtobuslar və metro qatarları fiziki olaraq dolur, insanlar nəfəs almaqda çətinlik çəkir. Bəzi sürücülərin kobud davranışı, qeyri-sabit hərəkət, sıx dayanacaqlar və səs-küylü mühit ictimai nəqliyyatdan istifadənin psixoloji olaraq da çətinləşməsinə səbəb olur. Belə şəraitdə vətəndaşın ictimai nəqliyyata üstünlük verməsi gözlənilən nəticəni vermir, əksinə, insanlar bu təcrübədən qaçmağa çalışır.

Şəxsi avtomobil hər kəs üçün əlçatan deyil, amma onu idarə edənlər də tıxacda uzun saatlar sərf edir. Alternativ variant kimi velosiped və skuterlər göstərilsə də, ölkəmizdə isti havaların uzunmüddətli olması bu nəqliyyat vasitələrini ilboyu istifadə üçün əlverişsiz edir.

İslam
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 13 Oktyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see320

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see291

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see275

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see274

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see266

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see266

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see246

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see233

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see229

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see220

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see204

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see203

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see196

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see196

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see192

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see190

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see189

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see187

Meyitdən ürək köçürülən Rəşad cəmi 1 il yaşadı

13 Oktyabr 2026 15:51see183

Aktrisa Selma Bler Nyu York Hava Limanında uçuş heyətinə hücum etdiyi üçün həbs olunub

13 Oktyabr 2026 16:28see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri