Icma.az
close
up
RU
Cibimizə girən “oğru”: Abunəliklərə nə qədər pul gedir?

Cibimizə girən “oğru”: Abunəliklərə nə qədər pul gedir?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illər mobil rabitə, internet, onlayn platformalar və müxtəlif tətbiqlərin ödənişli xidmətlərindən istifadə geniş yayılıb.

Aylıq və illik abunəliklər ayrı-ayrılıqda böyük məbləğ yaratmasa da, bir neçə xidmətə eyni vaxtda ödəniş edən şəxslər üçün bu xərclər ailə büdcəsində nəzərəçarpacaq paya çevrilə bilər. 

Bəzən isə istifadə olunmayan və ya nadir hallarda istifadə edilən xidmətlərə görə ödənişlərin davam etdirilməsi əlavə maliyyə yükü yaradır.

Bəs abunəlik xidmətlərinin sayının artması istehlakçıların xərcləmə vərdişlərinə necə təsir edir?

İqtisadçı-ekspert Asif İbrahimov “Cebheinfo.az”-a bildirib ki, bu gün ailə büdcəsində yalnız ərzaq, kommunal və nəqliyyat xərclərini nəzərə almaq kifayət etmir: 

“Mobil operator, internet, onlayn platformalar, müxtəlif tətbiqlər, musiqi, film və digər rəqəmsal xidmətlər üçün ödənişlər də artıq daimi aylıq xərcə çevrilib. Ayrı-ayrılıqda bu məbləğlər kiçik görünür, amma ay ərzində onların cəmi ailə büdcəsi üçün ciddi rəqəm yarada bilər. Əsas problem odur ki, bu xərclər çox vaxt hiss olunmadan yaranır. 

İnsan bir neçə manatlıq xidməti aktivləşdirir, sonra istifadə etməsə də, ödəniş avtomatik davam edir. Bir neçə belə xidmət üst-üstə düşəndə ailə hər ay istifadə etmədiyi xidmətlərə pul ödəyə bilər. Abunəlik modeli insanların xərcləmə davranışını da dəyişir. 

Birdəfəlik böyük məbləğ daha çox diqqət çəkir, aylıq kiçik ödəniş isə o qədər də hiss olunmur. Nəticədə insan fərqinə varmadan çoxsaylı kiçik maliyyə öhdəlikləri yaradır. Ayın sonunda isə bu ödənişlərin ümumi məbləği kifayət qədər böyük olur”.

Onun sözlərin görə, burada ən sadə çıxış yolu bütün abunəlikləri bir yerdə hesablamaqdır:

“Mobil rabitə, internet, televiziya, tətbiqlər, film və musiqi platformaları, bulud xidmətləri – hamısının aylıq və illik xərcinə baxmaq lazımdır.  Əgər xidmət istifadə olunmursa, onu saxlamağın iqtisadi mənası yoxdur.İstehlakçı avtomatik ödənişlərə də xüsusi diqqət etməlidir. Kartdan hər ay hansı xidmətə nə qədər pul çıxdığını yoxlamaq, tarif dəyişikliklərini izləmək və istifadə olunmayan xidmətləri vaxtında dayandırmaq lazımdır. 

Çünki ailə büdcəsində ən təhlükəli xərclərdən biri məhz nəzarətdən kənarda qalan kiçik ödənişlərin yığılmasıdır. Bu gün rəqəmsal xidmətlər həyatımızın bir hissəsidir və onlardan istifadə etmək normaldır. Məsələ xidmətlərdən imtina etmək deyil, istifadə etdiyimiz xidmətə pul ödəməkdir”.

İqtisadçı qeyd edib ki, ailə büdcəsinə nəzarət etmək istəyən insan ayda bir dəfə bütün abunəliklərini nəzərdən keçirməli və il ərzində istifadə etmədiyi xidmətlərə nə qədər pul xərclədiyini hesablamalıdır.

Aişə
“Cebheinfo.az”

Açar sözlər: xidmətlər Asif İbrahimov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Sentyabr 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see318

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see317

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see305

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see254

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see250

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see248

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see243

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see241

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see239

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see229

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see210

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see206

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see204

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see204

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see203

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see200

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see200

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see198

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri