Icma.az
close
up
RU
AI cibimizə qədər girdi Pullarımız təhlükədə...

AI cibimizə qədər girdi Pullarımız təhlükədə...

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

OpenAI ChatGPT daxilində şəxsi maliyyənin idarə olunması sahəsində yeni mərhələyə başlayır. ABŞ-də ChatGPT Pro istifadəçiləri üçün mərhələli şəkildə istifadəyə verilən yeni funksiya vasitəsilə bank hesabları, kredit kartları və investisiya hesabları ChatGPT-yə qoşula biləcək. İstifadəçilər xərclərini, abunəliklərini, yaxınlaşan ödənişlərini və investisiya portfellərinin bölgüsünü vahid panel üzərindən izləyə biləcəklər. Bəs bu yenilik hansı risklər yaradacaq?
Mövzu ilə bağlı İT mütəxəssis Natiq Məmişov Demokrat.az-a bildirib ki, bu dəyişikliklə AI maaşı, kredit tarixçəsini, xərcləri, vərdişləri və məhsullara meyilliliyi analiz edəcək.
"Bir tərəfdən bu, faydalıdır, digər tərəfdən isə həddindən artıq detallı analiz etik və məxfilik baxımından risk yarada bilər. Məsələn, sistem reklamları daha dəqiq yönləndirə, istifadəçini müəyyən məhsullara sövq edə və nəticədə daha çox xərc formalaşdıra bilər. Burada əsas məsələ tənzimləmə və təhlükəsizlikdir.
Xüsusilə maliyyə məlumatları ilə bağlı risklər ciddi xarakter daşıyır. Banklar və digər maliyyə qurumları bu məlumatları düzgün qorumalı, məlumat sızmasının qarşısı alınmalıdır. Əks halda, həssas maliyyə məlumatlarında təhlükə yarana bilər. İnsanlar əvvəllər öz maliyyə məlumatlarını daha qapalı saxlayırdılar, lakin indi AI bu məlumatları daha geniş şəkildə analiz edə bilir. Bu isə aylıq xərclərin, kredit riskinin və investisiya davranışlarının təhlili əsasında maliyyə köməkçisi kimi xidmət göstərmək imkanı yaradır. Bu, istifadəçi üçün ciddi üstünlükdür".
Ekspert deyib ki, məsələn, bank sistemlərində kredit tarixçəsi ilə bağlı MKR kimi mexanizmlər mövcuddur və müəyyən razılıq əsasında məlumatlar uzun müddət ərzində sorğulana bilir:
"Bu da o deməkdir ki, sistem istifadəçinin maliyyə tarixçəsinə davamlı çıxış əldə edə bilər. Hətta bəzən bu məlumatlara çıxışın nə dərəcədə nəzarətli olduğu istifadəçi üçün tam aydın olmur. Bank hesablarının AI sistemləri ilə inteqrasiyası böyük mərhələdir. Bu, büdcə planlaması, xərc analizi və maliyyə qərarlarının optimallaşdırılması üçün ciddi imkanlar yaradır. Məsələn, Leobank kimi tətbiqlərdə aylıq xərclərin kateqoriyalara bölünməsi istifadəçiyə real mənzərə təqdim edir. Digər tərəfdən, şəxsi maliyyə məlumatlarının AI sistemləri ilə paylaşılması məxfilik və kibertəhlükəsizlik baxımından risklidir. Burada əsas problem texnologiyanın özü deyil, məlumatların necə qorunması və istifadəçi nəzarətinin hansı səviyyədə olmasıdır. Bank sistemində bir istifadəçinin məlumatlarını görmək mümkündür, lakin daha geniş sistemlərdə bu məlumatların necə istifadə edildiyi əsas müzakirə mövzusudur", - deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 May 2026 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see499

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see429

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see268

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see268

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see252

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see234

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see226

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see224

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see224

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see217

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see204

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see188

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see187

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see184

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see183

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see183

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see182

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see178

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see178

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri