Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Cibinizdəki hər 100 manatın 92 si təhlükədə Əhalini nə gözləyir? KONKRET

Cibinizdəki hər 100 manatın 92 si təhlükədə Əhalini nə gözləyir? KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın dövlət büdcəsinin gəlirlərində növbəti illərdə neft transfertlərinin azalması, vergi daxilolmalarının isə artması gözlənilir. Proqnozlara əsasən, 2030-cu ilədək Dövlət Neft Fondundan büdcəyə köçürmələr 9,35 milyard manata endiriləcək, vergi gəlirləri isə 26 milyard manatı ötəcək. Bu barədə 2027-2030-cu illər üzrə dövlət büdcəsinin gəlirlərinə dair proqnoz göstəricilərində bildirilib.

Bu proses büdcənin neft gəlirlərindən asılılığına və əhalinin vergi yükünə necə təsir edəcək? Dayanıqlı iqtisadiyyatın formalaşmasına töhfə verə bilərmi?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Asif İbrahimov deyib ki, bu, Neft Fondundan transfertin təxminən 27,2 faiz azalması deməkdir:

“İlk baxışdan bu dəyişiklik büdcənin neft gəlirlərindən asılılığının azaldılması istiqamətində addım təsiri bağışlayır. Lakin əsas məsələ bu dəyişikliklərin hansı iqtisadi mexanizmlər hesabına həyata keçirilməsidir. Burada əsas risk odur ki, dövlət büdcəsinin neft gəlirlərindən asılılığını azaltmaq adı altında vergi daxilolmalarının artırılması əsas hədəfə çevrilə bilər. Vergi gəlirlərinin yüksəlməsi özlüyündə iqtisadiyyatın güclənməsinin göstəricisi deyil. Bu artım yeni müəssisələrin yaradılması, istehsalın genişlənməsi, əmək məhsuldarlığının yüksəlməsi və qeyri-neft ixracının artması hesabına baş verirsə, müsbət nəticədir. Ancaq artım əsasən mövcud biznesin üzərinə əlavə fiskal yük qoyulması, vergi inzibatçılığının sərtləşdirilməsi və istehlakdan daha çox vergi toplanması hesabına əldə edilirsə, bunun iqtisadiyyata mənfi təsirləri mümkündür. Azərbaycan hökuməti bir fundamental məsələni nəzərə almalıdır. Ölkənin pul gəlirlərinin, büdcə daxilolmalarının və iqtisadi fəallığının neft sektorundan asılılığını azaltmaq üçün 30 ilə yaxın müddət ərzində daha sistemli struktur islahatları həyata keçirilməli idi. Əgər bu gün də iqtisadiyyatın maliyyə dayanıqlılığı neft gəlirlərindən ciddi şəkildə asılıdırsa, bu, iqtisadi modelin şaxələndirilməsi istiqamətində görülən işlərin nəticələrinin yenidən qiymətləndirilməsini tələb edir. Kobud hesabalamalara görə, cibimizdəki hər 100 manatın 92 manatı neft pulları ilə əlaqəlidir”.

İqtisadçı bildirib ki, dövlət büdcəsindən maliyyələşən iş yerləri, pensiyalar və sosial ödənişlər əhalinin gəlirlərinin formalaşmasında mühüm rol oynayır:

“Dövlət həmin gəlirləri vergilər vasitəsilə yenidən büdcəyə qaytarmağa çalışarkən vergi yükünün və qiymət artımının ailələrin sərəncamında qalan vəsaitə təsirini nəzərə almalıdır. Vətəndaşın gəliri artırılmadan onun ödədiyi birbaşa və dolayı vergilər, kommunal xərcləri və gündəlik istehlak xərcləri yüksəlirsə, sərəncamında qalan pul azalır. Əvvəllər ayda dörd dəfə restorana gedən insan bu səfərlərin sayını azaldacaq. Kostyumunu kimyəvi təmizləməyə verən şəxs həmin xidmətdən imtina edib paltarını evdə təmizləməyə çalışacaq. Taksi xidmətindən istifadə edən vətəndaş daha ucuz nəqliyyat vasitəsinə keçəcək. Bunlar ayrı-ayrılıqda kiçik qərarlar kimi görünə bilər, amma milyonlarla istehlakçının eyni istiqamətdə davranması iqtisadiyyatda ciddi tələb azalması yarada bilər.

Büdcəyə daha çox vergi toplamaq niyyəti ilə əhalinin və biznesin maliyyə imkanlarını zəiflətmək arasında ciddi ziddiyyət yaranar. İqtisadiyyatda vergi daxilolmalarının artması üçün vergi dərəcələrini yüksəltmək yeganə vasitə deyil. İstehsalın genişlənməsi, yeni bizneslərin yaranması, əməkhaqlarının artması, qeyri-rəsmi fəaliyyətin leqallaşdırılması və ixracın şaxələndirilməsi də vergi bazasını böyüdür”.

Ekspert qeyd edib ki, transfertlərin azalması ilə paralel olaraq dövlət xərclərinin strukturu, investisiya layihələrinin səmərəliliyi və büdcə vəsaitlərinin istifadəsi də yenidən qiymətləndirilməlidir:

“Dövlət xərclərinin səmərəliliyi artırılmırsa, qeyri-prioritet xərclər optimallaşdırılmırsa və iqtisadiyyat daha çox əlavə dəyər yaratmırsa, çatışmayan vəsaiti yalnız vergilərin artırılması ilə əvəz etmək uzunmüddətli həll yolu deyil. Qeyri-neft sektorunun inkişafını yalnız vergi daxilolmalarının artımı ilə ölçmək səhv yanaşmadır. Ən mühümü də odur ki, büdcənin neftdən asılılığını azaltmaqla yanaşı, ölkənin neftdən kənar iqtisadi imkanları da gücləndirilməlidir. Əks halda, büdcədə bir gəlir mənbəyinin payı azalacaq, digərinin payı artacaq, amma iqtisadiyyatın istehsal potensialı və əhalinin rifahı eyni sürətlə yüksəlməyəcək. Dövlətin maliyyə dayanıqlılığı yalnız büdcəyə daha çox pul toplamaq qabiliyyəti ilə ölçülmür. O, həm də ölkənin büdcə gəlirlərini davamlı şəkildə yaradan rəqabətqabiliyyətli iqtisadiyyata, səmərəli dövlət xərclərinə, güclü özəl sektora və artan real əhali gəlirlərinə malik olması deməkdir. İslahatların əsas meyarı da məhz bu nəticələr olmalıdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://konkret.az
archiveBu xəbər 23 Oktyabr 2026 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see388

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see371

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see309

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see304

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see303

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see297

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see289

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see233

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see230

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see229

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see224

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see222

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see220

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see205

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see203

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see197

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see195

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see177

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see172

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri