Azərbaycanda maaşla bağlı müjdə verildi Əhalini nə gözləyir? KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanda minimum aylıq əməkhaqqının 100 manat artırılaraq gələn ildən 500 manata çatdırılması barədə məlumat yayılıb. Eyni zamanda, cəmiyyətdə maaş və pensiyaların artırılmasının bazarda bahalaşmaya, inflyasiyaya səbəb olduğu fikri də var.
Bu artım əhalinin sosial rifahına necə təsir edəcək? Bahalaşma riskinin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Hökumət bunu necə tənzimləyə bilər?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, bu, hökumətin konkret siyasəti ilə bağlı olan məsələdir:
“Büdcə paketi formasında Milli Məclisə təqdim edilir. Təbii ki, əməkhaqqının artması yaxşıdır, nə qədər çox artarsa, bir o qədər müsbətdir. Lakin minimum əməkhaqqı artımı ümumi maaş artımından fərqlənir. Minimum əməkhaqqı işçilərə ödənilə biləcək ən aşağı məbləği müəyyən edir və bu həddən aşağı maaş verilməsini qadağan edir. Məsələn, maaş 600-700 manatdırsa, minimum əməkhaqqının artırılması şəxsə birbaşa təsir etmir. Çünki aldığı məbləğ artıq minimum həddən yüksəkdir. Başqa sözlə, minimum əməkhaqqı dövlətin əmək bazarını tənzimləmək üçün istifadə etdiyi alətdir və yalnız ən aşağı əməkhaqqı standartını müəyyənləşdirir”.
İqtisadçı bildirib ki, minimum əməkhaqqının artırılmasının iqtisadi baxımdan da bir sıra müsbət təsirləri var:
“İlk növbədə, insanların gəlirləri yüksəlir və inflyasiya şəraitində onların alıcılıq qabiliyyətinin müəyyən qədər qorunmasına imkan yaranır. Xüsusilə ərzaq inflyasiyasının hər il ümumi inflyasiya səviyyəsini üstələdiyini nəzərə alsaq, bu artımın əhəmiyyəti daha aydın görünür. Digər tərəfdən, aşağı əməkhaqqı alan insanların gəlirlərinin artması onların xərcləmələrini də artırır. Bu isə iqtisadi aktivliyə müsbət təsir göstərir. Çünki həmin şəxslərin yığım imkanları məhduddur və əldə etdikləri gəlirin böyük hissəsini gündəlik ehtiyaclarına sərf edirlər”.
Ekspert qeyd edib ki, Azərbaycan Mərkəzi Bankının (AMB) inflyasiya ilə bağlı hədəfi 2-6 faiz intervalıdır:
“Optimal göstərici 4 faiz hesab edilsə də, 2-6 faizlik aralıq qəbul edilən çərçivə sayılır. Son illərdə də AMB inflyasiyanın bu intervalda saxlanıldığını açıqlayıb. Son göstəricilər də həmin çərçivənin aşağı həddinə yaxındır. İnflyasiyanın əsas səbəblərindən biri idxalla bağlıdır. Yəni qiymət artımı daha çox ölkəyə gətirilən məhsulların bahalaşması ilə əlaqədardır. Bu baxımdan, inflyasiyanı yalnız insanların alıcılıq qabiliyyətinin və ya dövriyyədəki pulun çoxluğu ilə izah etmək düzgün deyil. Azərbaycanda idxal inflyasiyasının təsiri daha böyükdür”.
Baxış sayı:96
Bu xəbər 18 Noyabr 2026 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















