Çiçəklənən Ermənistan partiyasından olan deputatlığa namizədin evində axtarış aparıldı
Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin maskalı əməkdaşları müstəntiqlərlə birlikdə səhər tezdən müxalifət xadimi və deputatlığa namizəd Andranik Tevanyanın ofisinə axtarışa gəliblər. Ona bundan əvvəl dövlətə xəyanət ittihamı irəli sürülmüşdü.
AzPost xəbər verir ki, “24news” portalının yaydığı şəkilə əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları Tevanyanın ofisinə yerli vaxtla saat 07:00-da daxil olublar. Axtarışlar Ermənistan İstintaq Komitəsinin bir gün əvvəl, mayın 21-də açıldığını bildirdiyi cinayət işi çərçivəsində aparılır. Siyasətçi dövlətə xəyanət və casusluqda ittiham olunur.
Andranik Tevanyan “Çiçəklənən Ermənistan” partiyasından deputatlığa namizəddir. Ona qarşı irəli sürülən ittihamların təfərrüatları hələlik açıqlanmır. İstintaq hərəkətləri davam edir.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 22 May 2026 08:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















