Ciddədə bir sutka gözləyən zəvvarlar Bakıya çatdı
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrailin İrana hücumu səbəbindən Ciddə hava limanında qalan azərbaycanlı zəvvarlar, nəhayət, Bakıya çatıb.
Bu barədə Axar.az-a adının açıqlanmasını istəməyən azərbaycanlı xanım zəvvar məlumat verib.
Xanımın sözlərinə görə, əvvəlcədən planlaşdırılmış uçuş İran hava məkanı üzərindən həyata keçirilməli idi, lakin hazırkı vəziyyətə görə marşrut dəyişdirilərək Şimali Kipr, Türkiyə və Gürcüstan xətti ilə aparılıb.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi ilk rəsmi zəvvar qrupu iyunun 16-da Bakıya qayıtmalı idi. Ancaq İsrailin İrana hərbi zərbə endirməsi fonunda Bakıya planlaşdırılan bir sıra reyslər, o cümlədən zəvvarları daşıyan uçuşlar təxirə salınıb, sərnişinlər isə bir müddət Ciddə aeroportunda gözləməli olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 17 İyun 2025 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















