Icma.az
close
up
RU
Ciddədə qalan zəvvarlar bu axşam Bakıya qayıdırlar Uçuş gecikmə ilə olacaq

Ciddədə qalan zəvvarlar bu axşam Bakıya qayıdırlar Uçuş gecikmə ilə olacaq

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

İsrailin İrana hücumu səbəbindən Ciddə hava limanında gözləməli olan azərbaycanlı zəvvarların bu gün Bakı vaxtı ilə axşam saat 20:00-da yola düşəcəyi bildirilir.

Bu barədə Gununsesi.info-ya azərbaycanlı zəvvar Mirnahid Əhmədli məlumat verib.

“Hazırda Ciddə hava limanındayıq. Bizə deyildi ki, təyyarə Bakı vaxtı ilə axşam saat 8-də havaya qalxacaq. Səhər bizi gətirən təyyarədə 100-ə yaxın azərbaycanlı var idi. Digər sərnişinlərdə əsasən dağıstanlılar və turistlər də bizimlə idi. Ciddəyə enəndən sonra bizi ayırdılar və Bakıya uçuş ləğv edildiyi üçün otelə yerləşdirdilər. İndi isə bizi yenidən hava limanına gətiriblər,” – deyə zəvvar bildirib.

O əlavə edib ki, İrana getmək və ya İran üzərindən digər ölkələrə yollanmaq istəyən bir neçə zəvvar da Bakıya gətiriləcək, lakin onların sayı dəqiq bilinmir.

M.Əhmədlinin sözlərinə görə, əvvəlcədən planlaşdırılmış uçuş İran hava məkanı üzərindən həyata keçirilməli idi, lakin hazırkı vəziyyətə görə marşrut dəyişdirilərək Misir -Aralıq dənizi – Türkiyə – Gürcüstan xətti ilə aparılacaq. Bu səbəbdən təyyarənin gecə saat 01:00 radələrində Bakıya enməsi gözlənilir.

Qeyd edək ki, Azərbaycanlı zəvvarlar mayın 25-dən 31-dək Məkkəyə Həcc ziyarətinə yollanıblar. Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi ilk rəsmi zəvvar qrupu iyunun 16-da Bakıya qayıdacaq. Hazırda ölkəyə dönənlər fərdi qaydada geri dönmək istəyən zəvvarlardır.

Bildirək ki, İsrailin İrana hərbi zərbə endirməsi fonunda Bakıya planlaşdırılan bir sıra reyslər, o cümlədən zəvvarları daşıyan uçuşlar təxirə salınıb, sərnişinlər isə bir müddət Ciddə aeroportunda gözləməli olublar.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 İyun 2025 04:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri