Çikaqoda eniş edən sərnişin təyyarəsini atəşfəşanlıq mərmisi VURDU
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Çikaqo hava limanına eniş edən sərnişin təyyarəsi 4 İyul — ABŞ-nin Müstəqillik Günü bayramı münasibətilə atılan atəşfəşanlıq nəticəsində zədələnib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Federal Aviasiya Administrasiyasına (FAA) istinadən CBS telekanalı yayıb.
Bildirilib ki, insident şənbə günü yerli vaxtla təxminən saat 20:30-da qeydə alınıb. "Delta Air Lines" aviaşirkətinə məxsus təyyarənin pilotu eniş xəttində olarkən pirotexniki şarjın hava gəmisinə dəydiyini bəyan edib.
Məlumata görə, eniş zamanı ekipaj üzvləri təyyarənin gövdəsinin altında güclü bir partlayış hiss ediblər. Buna baxmayaraq, pilotlar soyuqqanlılığı qoruyaraq hava gəmisini təhlükəsiz şəkildə yerə endirə biliblər. Hadisə nəticəsində sərnişinlər və ekipaj üzvlərindən xəsarət alan olmayıb. Polisin verdiyi açıqlamada pirotexniki mərminin təyyarəyə minimal ziyan vurduğu və qüsurun yalnız xarici korpusda qeydə alındığı bildirilib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:181
Bu xəbər 05 İyul 2026 22:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















