Çikaqoda sərnişin təyyarəsinin enişi zamanı qorxulu anlar
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-nin Çikaqo şəhərində "Southwest Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi biznes-jetlə toqquşma təhlükəsi ilə üzləşib.
Oxu.Az bu barədə CNN telekanalına istinadla məlumat yayıb.
Bildirilir ki, təyyarənin enmə zolağında yavaşlaması zamanı qəfildən qarşısına özəl təyyarə çıxıb. Buna görə sərnişin reysinin ekipajı dərhal yavaşlamanı ləğv edib, uçuş üçün sürət yığıb və ikinci eniş cəhdi üçün havaya qalxıb. Bundan sonra uğurla eniş edib.
Xatırladaq ki, ABŞ və Kanadada ilin əvvəlindən bir neçə böyük avia hadisəsi baş verib. Yanvarın 29-da "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi Vaşinqtonda Ronald Reyqan adına hava limanının yaxınlığında ABŞ quru qoşunlarına məxsus "Black Hawk" helikopteri ilə toqquşub, nəticədə təxminən 70 nəfər həlak olub. Yanvarın 31-də Pensilvaniya ştatının Filadelfiya şəhərində "Learjet 55" tibbi təyyarəsi qəzaya uğrayıb və 7 nəfər ölüb. Fevralın 7-də Alyaskada 10 nəfərin olduğu kiçik təyyarə qəzaya uğrayıb, hamısı həlak olub. Fevralın 17-də "Delta Airlines" şirkətinə məxsus "Bombardier" təyyarəsi Toronto hava limanında enişdən sonra aşıb, qəzada ölən olmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 26 Fevral 2025 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















