Icma.az
close
up
RU
Çılpaq qadın heykəli Bakıya necə gəldi?

Çılpaq qadın heykəli Bakıya necə gəldi?

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Uzun illərdir milli-mənəvi dəyərlərimizə qarşı hücuma keçən şəbəkənin fəaliyyəti genişlənir


"Əgər biz qeyrət, namus deyiriksə, milli dəyərlərə sadiq olduğumuzu durmadan təkrarlayırıqsa, o zaman belə hallara qarşı mübarizə aparmalıyıq"


  Paytaxta yeni heykəl gəlib. Dünyanı xilas edən və ya etməyə çalışan qadın heykəli. Amma geyimsizdi, libası yoxdur. Bilmirik, italyan heykəltəraş (həm də aktyordur – M.R.) Lorenzo Quinn bu qadını əzəldən çılpaq yaradıb, yoxsa sonra soyundurub. (Moşu Göyəzənlinin “Bəxt üzüyü”ndə Sedaya sualı yadıma düşdü; “a Seda, sən əvvəldən belə sırtıq olmusan, yoxsa sonradan?). Təəccüblü budur ki, eyni heykəl ABŞ-də, Böyük Britaniyada, Çində, Qətərdə də qoyulub. Amma oradakı qadın lüt deyil. Əynində libas var.  Bizim şəhərdə isə qadının “əynində, elə əynidi” (Bu da “Yaşıl eynəkli adam”dan olsun – M.R.). Sual doğuran məhz budur. Nyu-Yorkda, Londonda, Şanxayda, Dohada paltarlı olan qadın Bakıda niyə çılpaqdır? Sosial şəbəkə istifadəçiləri də bunu müzakirə edir. Həmişə olduğu kimi, müzakirələrin qızğın çağıdır. Sabah nə olacaq, bəs? Müzakirələr bitəcək, çılpaq qadınsa oradaca qalacaq.  Məşhur italyan heykəltəraşın əsərinə “hörmət” etməliyik. Tolerantlığımızı göstərməliyik. Yəni dözümlü olmalıyıq. Sosial şəbəkə demişkən, maraqlı, yarı-zarafat, yarı-gerçək rəylər də yazılıb. Məsələnin kökündə bəlkə, daha ciddi məqamlar dayanır. 

  Sosioloq Elçin Bayramlı “Sherg.az"a açıqlamasında bildirdi ki, uzun illərdir milli-mənəvi dəyərlərimizə qarşı hücuma keçən şəbəkənin fəaliyyət göstərdiyini media da qeyd edir: 


- Deməli, bu şəbəkə bir çox orqanlara nüfuz edib, Azərbaycan xalqının milli-dini dəyərlərini, ailə institutunu, mənəvi nəyi varsa, kökündən məhv etməyə, bütün mümkün imkanlarla xalqın evini yıxmağa çalışırlar.  Dünyanın namuslu, qeyrətli, əxlaqlı xalqını rəzil, murdar, əxlaqsız bir kütləyə çevirməyə çalışırlar. Və çox ciddi nəticələr də əldə ediblər. Dünyada ən möhkəm ailə institutuna sahib olmuş ölkəmiz 50 faiz boşanmalar olan bir ölkəyə çevrilib. Ortada əxlaqsızlıq yayılır. Özəl televiziyalar əxlaqsızlığı, mənəviyyatsızlığı təbliğ edir, uşaqların da, böyüklərin də tərbiyəsini pozur. İnternet resurslarında, ictimai yerlərdə əxlaqsızlıq adiləşdirilir. Bunlar xüsusi bir proqramla, məşhur “Overton  pəncərəsi” üzrə həyata keçirilir. Hər zaman milli-mənəvi dəyərləri yüksəkdə tutan, şəxsi həyatı ilə milli-mənəvi dəyərlərə sadiqliyini təsdiq edən Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzin qarşısında gah murdar satanist kompozisiyalar qurulur, gah da lüt qadın heykəli gətirib qoyurlar. Bu, birbaşa xalqı aşağılamaqdır. Bu heykəlin orada qoyulmasına kim göstəriş verib, hansı əsasla? Hansı məntiqlə o heykəli qoyublar? Bu, açıq şəkildə xalqın hissləri ilə oynamaqdır. Əgər biz qeyrət, namus deyiriksə, milli dəyərlərə sadiq olduğumuzu durmadan təkrarlayırıqsa, o zaman belə hallara qarşı mübarizə aparmalıyıq. Cənab Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə deyib biz heç yerə inteqrasiya etmirik. Nə Avropaya. Nə də digər mədəniyyətlərə. Bizim özümüzün milli dəyərlərimiz var. Azərbaycan gənci milli dəyərlər üzərində inkişaf edəcək. Cənab Prezidentin siyasətinə qarşı çıxan kimdirsə müəyyənləşməlidir. Bu formada  milli dəyərləri aşağılamaqda məqsəd nədir, qoy izah etsinlər. 

  E.Bayramlı qeyd etdi ki, milli-mənəvi dəyərlərə qarşı hücum uşaq bağçalarından, orta məktəblərdən başlayır: 

- Uşaq bağçalarında, orta məktəblərdə  “Halloven” – Cadılar bayramı keçirilir. Nədir bu bayramın mahiyyəti? Şeytani geyimlər geyindirilir, eybəcər libaslar, maskalar, ən mənfi personajlar canlandırılır. Nəyə lazımdır bu və kimə lazımdır? Niyə bizim körpə balalarımız cadugər olmalıdır?! Bunlar hamısı Azərbaycan xalqına qarşı mənəvi hücumun parçalarıdır ki, müxtəlif maskalar altında həyata keçirilir. Bütün bunlar xalqda, cəmiyyətdə psixoloji-mənəvi problemlərə, aşınmalara səbəb olur. Buna “dur” deyilməlidir. Bizim özümüzün möhtəşəm incəsənət əsərlərimiz, memarlıq, heykəltəraşlıq nümunələrimiz var. Onlar nümayiş etdirilməlidir. Bu biabırçılığa isə son qoyulmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Noyabr 2024 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri