Icma.az
close
up
RU
Çimərlikdə yoxa çıxan uşaqlar: Polis hər valideynin yanında ola bilməz

Çimərlikdə yoxa çıxan uşaqlar: Polis hər valideynin yanında ola bilməz

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Sosioloq: “Valideyn məsuliyyətsizliyini inzibati yolla tənzimləmək mümkün deyil”


Yay mövsümündə çimərliklərdə ən rastlaşdığımız hadisələrdən biri də uşaqların itməsidir. Bir anlıq valideynin gözündən yayınan azyaşlılar ya itkin düşür, ya da dənizdə boğulur. Qeyd edək ki, hava şəraitinin isti keçməsi ilə əlaqədar olaraq əhalinin çimərliklərə, meşəlik və digər istirahət zonalarına kütləvi axını nəzərə alınaraq, Daxili İşlər Nazirliyi tərəfindən bu ərazilərdə fasiləsiz polis xidməti təşkil olunub.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, yollarda hərəkətin təhlükəsizliyi ilə yanaşı, xüsusilə də mülkiyyət toxunulmazlığının təmin olunması məqsədilə polis əməkdaşları həm rəsmi geyimdə, həm də mülki formada aşkar və gizli şəkildə xidmət aparırlar.

Səbail rayonu ərazisində qeydə alınan 9 oğurluq faktı üzrə 5 nəfər, Sabunçu rayonunda 3 avtomobildən oğurluq faktı üzrə 1 nəfər saxlanılıb.

Tədbirlərlə nəzarətsiz qaldığına görə oğurlanan əşyalar — çantalar, qızıl-zinət əşyaları və müxtəlif məbləğlərdə pul vəsaitləri, şüşələri açıq qalan avtomobillərdən talanan digər qiymətli əşyaların zərərçəkən şəxslərə qaytarılması təmin olunub.

Bununla yanaşı, Xəzər, Sabunçu, Sumqayıt, Lənkəran, Xaçmaz şəhər və rayonlarının sahilboyu istirahət zonalarında nəzarətdən yayınan 87 uşaq polis əməkdaşları tərəfindən tapılaraq valideynlərinə təhvil verilib.

Polis əməkdaşları ölkə üzrə bütün istirahət zonalarında təhlükəsizliyin təmin olunması məqsədilə xidmətlərini davam etdirirlər.


Sosioloq Elçin Bayramlı isə Sherg.az-a açıqlamasında deyib ki, uşaqların çimərlikdə, dənizdə və ya hovuzda təhlükəsizliyi valideynlər üçün prioritet olmalıdır:  



“Çox təəssüf ki, son vaxtlar valideynlər arasında məsuliyyətsizlik halları həddindən çox artıb. Bu da özünü çox pis hadisələrlə büruzə verir. Uşaqların itməsi, ölməsi, açıq quyulara düşməsi kimi bədbəxt hadisələrin hamısı valideyn nəzarətsizliyi səbəbindən baş verir. Bu, elə bir haldır ki, inzibati yolla və yaxud da hansısa bir mexanizmlə tənzimləmək mümkün deyil. Bunu ancaq valideynlər özləri dərk edib, məsuliyyətlərinin fərqinə varmalıdır. Hər istirahətə gedən valideynə bir polis təhkim edib onun uşağını təhlükələrdən qoruya bilmərik axı!? Çimərlik əməkdaşları fasiləsiz olaraq təhlükəsizlik tədbirləri icra edir, tez-tez səsgücləndirici ilə xəbərdarlıq edirlər ki, uşaqlarınızı nəzarətsiz buraxmayın. Buna rəğmən tez-tez nəzarətçilərin çimərlikdə nəzarətsiz tapdığı uşağın valideynini axtarması kimi hallar müşahidə edilir. Dənizin sahili kimi təhlükəli bir yerdə uşağı necə gözdən qoymaq olar axı!? Yaxşı olar ki, bu cür yerlərdə uşaqlarına nəzarət edə bilməyən valideynlər onları aparmasın. Valideynlərin məsuliyyət məsələsi bizdə qanunla tənzimlənmir. Amma bir çox ölkələrdə bu kimi hallar baş verdikdə valideyn sərt cəzalandırılır. Bizdə istər həyətdə, istər evdə, istər şəhərdə, küçədə gəzərkən “əşi, heç nə olmaz” prinsipi ilə uşağı tamamilə buraxırlar”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Avqust 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri