Uşaqlar çimərlikdə qədim mesaj olan butulka tapdılar FOTO
Icma.az, Sfera.az saytına istinadən bildirir.
On yaşlı iki oğlan Polşanın Qdansk şəhərində dəniz sahilində 1959-cu ilə aid sevgi mesajı olan şüşə butulka tapıblar. Butulkada Rysya adlı qızın "Bunny"yə ünvanladığı təsirli məktub var.
Sfera.az bildirir ki, qeyri-adi tapıntı Stogi çimərliyi yaxınlığında İkinci Dünya Müharibəsindən qalan istehkamların yaxınlığında gəzinti zamanı Erik və Kuba adlı uşaqların əlinə düşüb. Tapılan butulkada 1959-cu il tarixli, solğun əlyazma məktubu olub.
Məktubun müəllifi, yalnız Rysya adına imza atan qız sevgilisinə mehriban "Dovşan" ləqəbi ilə müraciət edir. Mesajında o, Tarnowdakı məktəbdə yaşadığı tənhalıq hissini bölüşür və ünvanı xatırladır.
Sirli məktubun məzmunu
"İnandırım səni ki, mən sakit və təvazökaram, heç kimlə dostluq etmirəm, kişilərdən qaçıram. Əzizim, mən dəhşətli eqoistəm, ancaq özüm haqqında yazıram, ancaq və ancaq səni düşünürəm, hər saniyə səni görürəm"- deyə Rısya yazıb.
Şüşəni tapan oğlanlar məktubun müəllifinin tapılacağına ümid edərək artıq Tarnovdakı muzeylə əlaqə saxladıqlarını bildiriblər.
Aynil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 25 May 2025 01:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















