Icma.az
close
up
RU
Menu

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

Çimnaz Sultanova kimdir? “Nənəm bizi sinaqoqa, babam pirə aparırdı”

Çimnaz Sultanova kimdir? “Nənəm bizi sinaqoqa, babam pirə aparırdı”

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Dünən axşam aktrisa Çimnaz Sultanova ölümü ilə bütün sevənlərini üzdü.

Lent.az “Bioqrafiya” rubrikasında aktrisa Çimnaz Sultanova barədə məlumat verir.

- Çimnaz Sultanova nə vaxt doğulub?

Çimnaz Sultanova 15 yanvar 1982-ci ildə doğulub.

- Çimnaz Sultanova harada doğulub?

Çimnaz Sultanova Bakıda anadan olub.

- Çimnaz Sultanova neçə yaşında dünyasını dıyişdi?

Çimnaz Sultanova 43 yaşında dünyasını dəyişib.

- Çimnaz Sultanovanın ölməsinin səbəbi nədir?

Çimnaz Sultanova aktrisa 43 yaşında bağırsaq xərçəngindən dünyasını dəyişib. O, son iki ayda ağır xəstəlikdən əziyyət çəkirmiş.

- Çimnaz Sultanova hansı seriallarla məşhurlaşıb?

Çimnaz Sultanova “Vicdan haqqı”, “Sənə inanıram”, “Bayram axşamı” kimi bir sıra serial və filmlərdə rol alıb.

– Çimnaz Sultanova aktrisalığı necə seçib?

Çimnaz Sultanova özü bildirir ki, bu təsadüfən olub.

– Çimnaz Sultanova bu sənətdə müəllimləri kimlər olub?

Çimnaz Sultanova ilk dərsləri 2001-2002-ci illərdə Almaniyada alıb. Bundan əvvəl isə musiqi ilə məşğul olub.

- Çimnaz Sultanova nə vaxt tanınıb?

Çimnaz Sultanovanı kütlə “Vicdan haqqı” serialından sonra tanıyıb. Bəziləri onun bu serialdakı işini sevib, bəziləri isə sevmədi. Onun həmin serialdan başqa da rolları olub.

– Çimnaz Sultanovanın uşaqlığı harada keçib?

Çimnaz Sultanova Moskvada böyüyüb. Əslən bakılıdır. 90-cı illərdə baş verən siyasi hadisələrə görə atası çox qorxurmuş. Ona görə də Rusiyaya köçüblər.

- Çimnaz Sultanovanın ailəsində başqa millət olub?

Çimnaz Sultanova nənəsi yəhudi idi. Özü belə deyib: “Bizim ailə tolerantlıq nümunəsidir – yəhudi nənəm bizi sinaqoqa, babam pirə aparırdı. Ailəmizdə həm müsəlman, həm xristian, həm də yəhudi var. Əsl sevgi nə dinə, nə də millətə baxır”.

– Çimnaz Sultanovaya özünü azad hiss etdiyinə görə münasibət necə olub?

Çimnaz Sultanova deyib ki, nəyisə edirsə, bundan zövq almalıdır: “Verilişə gedirəmsə, mütləq soruşuram ki, gələn qonaqlar kimdir? Həyat o qədər çətindir ki... Təki bir saat o verilişdə elə atmosfer yaradaq ki, deyək-gülək. Qaldı ki, qalmaqala, mənim düşmən kimi baxdığım insan yoxdur. Ömür boyu azad olmağa çalışmışam. Azadlıq mənim üçün hər şeydir. Azadlıq niyə ziyan gətirsin? Mən sadəcə cazibədaram. Xanım var ki, o da bu cür geyinir, amma mənə baxırlar, ona yox. Bu maqnitdirmi, energetikadırmı, bilmirəm. Kartof kisəsini də əynimə geyinsəm möhtəşəm bir şey olacaq. Çünki mən ona gözəllik verirəm. Bir dəfə qar qız paltarı geyinmişdim, qolları bağlı, ətək dizdən aşağı, sinənin üstü də qapalı. Amma buna görə elə qalmaqal yarandı ki... Videonun üstünə yaxşı musiqi qoyursan, düzgün pozalar verirsən, operator yaxşı çəkiliş edir, nəticə də olur “vau!”.

– Çimnaz Sultanovanın açıq-saçıq geyimləri barədə fikirləri nə olub?

Çimnaz Sultanova: “Baxır sən hansı niyyətlə baxırsan. Kimsə esteti, gözəlliyi görür, başqası da digər şeyləri. Ürəyindən nə keçirsə, həmin şeyi səsləndirirsən. Milçəkdən soruşurlar ki, sən öz yerini sevirsən? Deyir ki, yox, zibillikdir. Arıdan soruşurlar, o isə cavab verir: bəli, bura gül-çiçəkdir. İnsanlar da bu cürdür, hərə bir şey görür. Həmkarlarınızın buna münasibəti də fısqırıqdır. İnsan həmişə öz üzərində çalışmalıdır. Biz özümüzə məhdudiyyətlər qoyuruq. Mən xoşbəxt insanam ki, ətrafımda gözəl insanlar var, bir-iki nəfəri çıxmaq şərtilə. Bəlkə də, arxamca danışırlar, eşidəndə də özümü elə aparıram ki, guya xəbərim yoxdur. Mənim üzümə demirlər axı. Məni xoş üzlə qarşılayırlar, amma gedib arxamca danışırlar. Haqqımdakı məqalələri sosial şəbəkələrdə elə başlıqlarla verirlər ki... Kontekstdən çıxarırlar və elə bil səni qaralamaq istəyirlər, alçaltmaq istəyirlər. Axı bilirsən ki, bir qadının xətrinə dəyirsən, onun göz yaşlarının səbəbkarı olursan. Bir qadının göz yaşları sənə necə sevinc gətirə bilər? Hesab edirəm ki, düşmən mərd olmalıdır. Məni özünə düşmən bilənlər çoxdur. Mən isə özümə heç kəsi düşmən bilmirəm. Həmişə düşmənlərimi sevmişəm. Ağıllı düşməndən qorxmaq lazım deyil, ağılsız dostdan qorxmaq lazımdır”.

- Çimnaz Sultanova yaşını gizlədirdi?

Çimnaz Sultanovanın bu məsələyə də mediada maraqlı açıqlaması olub: “Bu bir xəstəlikdir, gerontofibiya – qocalmaqdan qorxmaq. Hər yaşın öz gözəlliyi var. 16 yaşında və 30 yaşında beyin eyni işləmir. O yaşa baxırsan, düşünürsən ki, indiki ağlım olsaydı, belə etməzdim. Vacib idimi sənin o eqoların, prinsiplərin? Pandemiya dövrü məni çox dəyişdi. Səhər oyandım, maşında musiqi, gedirdim çəkilişə, saat birdə xəbər gəldi: sinif yoldaşımın anası rəhmətə gedib, saat üçdə yenə bir xəbər: başqa sinif yoldaşımın atası rəhmətə gedib, evə də gəlib gördüm ki, Sona xanımın anası rəhmətə gedib. Bir gündə üç ölüm. İstər-istəməz itkilər adama pis təsir edir. Elə situasiya yoxdur ki, onun çıxışı tapılmasın. Yeganə çıxışı olmayan yer qəbirdir”.

- Çimnaz Sultanova ailəli olub?

Çimnaz Sultanovanın oğlu var. Həyat yoldaşını uşaqlıqdan tanıyıb. Ailəvi yaxınlıqları olub. O, professordur, Almaniyada yaşayır, fizik-yazıçıdır. Çimnaz Sultanovanın ilk məhəbbəti olub. Özü belə deyirmiş: “Bu məhəbbət davam edir. Amma, illər keçdikcə məhəbbətin forması dəyişir. Hər şey gördüyünüz kimi deyil. Kənardan güclü görünürəm, əslində, elə deyil”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://lent.az
archiveBu xəbər 16 Yanvar 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see353

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see336

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see317

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see299

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see264

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see256

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see248

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see233

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see221

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see210

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see204

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see204

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see203

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see201

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see195

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see195

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see179

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see178

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see168

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri