Icma.az
close
up
RU
Çin ABŞ a barışıq əlini uzatdı

Çin ABŞ a barışıq əlini uzatdı

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Çin ticarət tarifləri ilə bağlı ABŞ ilə danışıqlara hazırdır. Ancaq Çin rəsmiləri danışıqlara razılıq verməzdən əvvəl ABŞ Prezidenti Donald Tramp administrasiyasından daha çox ehtiram görmək istəyirlər. Bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb. Mənbə bildirib ki, hörmət göstərmək danışıqlara başlamaq üçün ən vacib şərtdir:
“Bu, Trampın komandasının Çin haqqında aşağılayıcı ifadələrinin azaldılmasını nəzərdə tutur. ABŞ administrasiyasının kəskin açıqlamaları Pekini Trampın da Çin barədə eyni fikirdə olduğuna inandırır”. Pekindən veriləndən açıqlamadan aydın olur ki, Çin rəhbərliyi Trampdan konkret addımlar gözləyir. Bunun ən vacib şərti artırılmış rüsumların aşağı salınması və başlanmış iqtisadi müharibəyə son verilməsidir. Ancaq təbii ki, Vaşinqtonun da bununla bağlı şərtlər var. Donald Tramp Çinin ABŞ qonşuluğunda yerləşən ölkələr və Avropa ilə ticarət aktivliyini azalmasını tələb edir. Vaşinqton və Pekinin arasındakı problemləri həll etməsi ABŞ ilə qonşu olan ölkələr üçün yaxşı heçnə vəd etmir. Kanada, Meksika və Panama son zamanlar Çinlə sıx iqtisadi əlaqələr qurub. Bu onların ABŞ - dən müstəqil güclü iqtisadi sistem qurmasına səmin yaradır. Hər 3 dövlət hazırda Trampın basqıları qarşısında əsasən Çinin dəstəyi hesabına ayaqda dururlar. Vaşinqton və Pekinin razılaşması hər 3 dövləti çətin vəziyyətdə qoya bilər.
Nəzərə alaq ki, Donald Trampın öz qonşuları, xüsusilə də Kanadaya qarşı çox ciddi ərazi iddiaları var. Bu barışıq eyni zamanda Avropa Birliyinin tabutuna vurulan son mismar kimi də dəyərləndirilə bilər. Trampın gəlişi ilə ABŞ Avropaya qarşı sərt tədbirlərə əl atır ki, birlik ölkələri cavab tədbirləri kimi Çinlə əməkdaşlığı ən yüksək səviyyəyə çıxarıb. Xüsusilə Almaniya əvvəldən mövcud olan əlaqələri daha da genişləndirib. Hazırda Çin və Almaniya sənayenin müxtəlif növləri ilə bağlı sıx əməkdaşlıq həyata keçirirlər. Avropa Birliyi ölkələri Çinlə əməkdaşlığı gücləndirərək ABŞ - dən asılılığı maksimum azaltmağı hədəfləyirlər.
Əgər razılaşma baş tutarsa birlik ölkələri Trampın təhdidlərinə boyun əyməyə məcbur qala bilər. ABŞ - Çin yaxınlaşmasının ən çox zərər vuracağı ölkə isə şübhəsiz ki, Ukraynadır. Rəsmi Kiyev Tramp hakimiyyətə gəldikdən dərhal sonra Pekinlə əlaqələrini ən yüksək səviyyəyə çatdırıb. Hazırda Kiyevdə müxtəlif çinli mütəxəssislərin olduğu, müharibədən sonrakı dövrdə Ukraynanın yenidən qurulmasında əsas söz sahibi ölkələrdən birinin məhz Çin olacağı barədə fikirlər var. Rəsmi Pekin Ukrayna iqtisadi - maliyyə və diplomatik müstəvidə geniş dəstək verir. Zelinskinin bu dəstəkdən məhrum olması onun Tramp və Putin qarşında təklənməsi olması ilə nəticələnə bilər. Həm Çin, həm ABŞ danışırlarsa həvəsli görünür. Lakin qalıcı barışıq üçün hər iki tərəfin güzəştləri vacibdir. İndi müzakirə edilən əsas məsələ kimin nə qədər geri çəkiləcəyidir.
Zeynal Əmrəliyev, politoloq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 19 Aprel 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see399

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see373

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see357

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see310

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see302

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see271

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see253

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see249

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see216

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see215

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see207

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see204

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see197

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see195

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see195

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see185

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see184

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see182

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see178

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri