Icma.az
close
up
RU
Çin ABŞ rəqabəti: Dünyaya lazım olan əzəli mübarizə başlayır?

Çin ABŞ rəqabəti: Dünyaya lazım olan əzəli mübarizə başlayır?

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


ABŞ hakimiyyəti təzyiq yolu ilə Çinin inkişafını dayandıra bilməyəcək. Vaşinqton diqqətini qarşılıqlı faydalı layihələrin inkişafına yönəltməlidir.

Bakupost.az xəbər verir ki, bunu Çin xarici işlər nazirinin müavini Ma Caosyü mətbuat konfransında bəyan edib.

"Ölkəmizin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qətiyyətlə müdafiə edəcəyik. Çinin inkişafını və böyüməsini dayandırmaq, yaxud Çin millətinin böyük dirçəlişinə mane olmaq cəhdləri iflasa məhkumdur", - Ma Caosyü bildirib.

O qeyd edib ki, Vaşinqtonun Pekinə qarşı təzyiqə əsaslanan siyasəti işə yaramayacaq.

"Biz ABŞ ilə qarşılıqlı yaxınlaşma, dövlət başçıları arasında əldə olunmuş mühüm razılaşmaların həyata keçirilməsi, daimi təmasların qorunması, fikir ayrılıqlarının aradan qaldırılması, əməkdaşlığın genişləndirilməsi və Çin ilə ABŞ-nin yeni dövrdə birgə mövcudluğu üçün düzgün yolun axtarışı istiqamətində əməkdaşlığa hazırıq", - deyə Caosyü əlavə edib.

Nazir müavini onu da xatırladıb ki, cari ilin əvvəlindən bəri Çin Xalq Respublikasının sədri Si Cinpin ABŞ prezidenti Donald Trampla iki dəfə telefonla danışıb və bir neçə dəfə məktub mübadiləsi aparıb. Onun sözlərinə görə, bu, Pekinin Çin-ABŞ münasibətlərinin gələcək inkişafı üçün kursunu müəyyən etdiyini göstərir.

Politoloq Kənan Novruzov Musavat.com-a bildirib ki, iki böyük güc, yəni Pekinlə Vaşinqton arasında uzun müddətdir mübarizə gedir:

"Tərəflər bir-birlərinin hegemonluğunu qəbul etmir, müxtəlif yollarla bir-birlərini zəiflətməyə çalışırlar. Doğrudur, tərəflər arasında açıq müharibə başlamayacaq. Bunu nə Pekin istəyir, nə də Vaşinqton. Çünki bu, faktiki olaraq üçüncü dünya savaşı deməkdir. Ancaq iqtisadi müharibə davam edir. Və yəqin ki, gələcəkdə daha da güclənəcək. Tərəflər qlobal bazarlarda bir-birləri ilə mübarizə aparmaqdan, "bazarlarını öldürməkdən" əl çəkməyəcəklər.

Bütün cəhdlərə, maneələrə baxmayaraq, rəsmi Pekin beynəlxalq siyasətdə, o cümlədən qlobal iqtisadiyyatda öz hegemonluğunu qorumağı bacarır. Yəqin ki, hələ uzun müddət də belə olacaq.

Nə qədər paradoksal görünsə də, əslində bu rəqabət həm tərəflərin özlərinə, həm də bütün dünyaya lazımdır. Çünki məhz bu mübarizə nəticəsində ikiqütblülük təmin olunur, qlobal iqtisadiyyatdakı tarazlıq qorunur.

Fikrimcə, planet hələ Çin- ABŞ rəqabətinin nəticəsinə hazır deyil".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:164
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 30 Avqust 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see283

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see267

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see230

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see213

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see209

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see207

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see200

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see200

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see189

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see183

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see182

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see181

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see177

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see177

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see176

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see176

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see174

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see173

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri