Icma.az
close
up
RU
Çin dünyaya meydan oxuyur

Çin dünyaya meydan oxuyur

Icma.az bildirir, Reyting.az portalına istinadən.


“Hər bir parad hərbi deyil, hərbi-siyasi tədbirdir, güc nümayişidir. Bu səbəbdən də, hərbi parad təşkil edən dövlətlər ora ən azından öz ölkəsində olan səfirliklərin hərbi ataşelərini dəvət edirlər. Yəni peşəkarları. Onlara nümayiş etdirirlər ki, güclü silahları, ordularının nizam-intizamı var və qarşıya qoyulan vəzifələri həll etməyə qadirdilər. Hesab edirəm ki, Çinin paytaxtı Pekində baş tutan parad da bu məqsədlə həyata keçirildi. Üstəlik, bu paradı çoxlu sayda dövlət və hökumət başçısı izlədi”.
Bunu “Reytinq” qəzetinə açıqlamasında hərbi ekspert Azad İsazadə dünən Çində baş tutan hərbi paraddan danışarkən deyib.
“Cənub-şərq ölkələri Çinin liderliyində Qərbə güc nümayiş etdirdi. Xüsusilə, nəzərə almaq lazımdır ki, son 30 ildə Çin hərbi imkanlarından istifadə etməyib, daha çox iqtisadi əlaqələr və investisiya yatırmaqla nisbətən kiçik ölkələri özündən asılı vəziyyətə salıb, böyük iqtisadi sıçrayış həyata keçirib. Ancaq biz indi görürük ki, Çin gərgin qlobal dünyada hərbi parad keçirərək güc və imkanlarını nümayiş etdirir. Bu, eyni zamanda ambissiyaların olduğuna işarədir”,- İsazadə izah edib.

Azad İsazadə
Müsahibimizin sözlərinə görə, Çin ordusu uzun müddətdir ki, müharibələrdə iştirak etməyib: “Səhv etmirəmsə, Çin ordusu sonuncu dəfə ada uğrunda sovet ordusu ilə qarşıdurmaya girib və bu savaşda uduzub. Eyni zamanda Çin ordusu Vyetnam ordusunda da məğlub olub. Amma bu o demək deyil ki, Çin ordusu hazırda gücsüzdür və hərbi imkanları aşağıdır. Hazırda Çin ordusu zəif olmadığını göstərir. Üstəlik, nəzərə almaq lazımdır ki, ordunun sayına, habelə istifadə etdiyi silahların hamısını özü istehsal etdiyinə görə, dünyanın ikinci ordusudur. Rusiya ordusunun hazırda Ukraynada taqətdən düşdüyünü nəzərə alsaq, Çin ordusunun imkanları daha da artır”.
İsazadənin fikrincə, ABŞ başda olmaqla Qərb dünyasının bu hərbi parada reaksiyası Çinin addımının öz təsirini göstərdiyinə işarədir: “ABŞ prezidenti Donald Tramp açıq reaksiya verərək deyib ki, siz ora toplaşaraq mənim əleyhimə iş aparırsınız. Britaniyanın da parada reaksiyası ortadadır. İndi Ukrayna-Rusiya müharibəsindən sonra Avropanın qabaqcıl ölkələri dayanmadan silahlanır, hərbi qüdrətlərini artırmağa çalışırlar. Bunlar əbəs yerə deyil. Üstəlik, ABŞ liderliyində Cənubi Koreya, Yaponiya və Avstraliyadan ibarət hərbi-siyasi müttəfiqlik birliyi yaradılıb və bunun məqsədi Asiya regionunda Çinin davranışlarını nəzarətdə saxlamaqdır. Amma biz görürük ki, Çin güclənir və dünyaya meydan oxuyur”.
Nemət ORUCOV
Reyting.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:186
embedMənbə:https://reyting.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri