Çin alimləri maqnitlə işləyən qatarı iki saniyədə saatda 700 kilometr sürətə çatdırıblar
Ayna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sınaq nəticələri elektromaqnit dartmasından istifadə edərək vakuum nəqliyyatının inkişafı üçün yeni imkanlar açır
Çin Mərkəzi Televiziyasının məlumatına görə, Çin mühəndisləri elektromaqnit dartma qüvvəsi ilə çoxtonluq platformanı cəmi iki saniyədə 700 km/saat sürətə çatdırmağı uğurla sınaqdan keçiriblər. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu, sözügedən dizayn üçün dünya rekordu deməkdir.
Sınaqların 400 metrlik bir xətt üzərində aparıldığı, maqnit levitasiya platformasının müəyyən edilmiş səviyyəyə qədər sürətləndiyi və sonra dayandığı bildirilib.
Hunan əyalətinin Çanşa şəhərində yerləşən Milli Müdafiə Elm və Texnologiya Universitetinin mütəxəssisləri 10 ildir ki, maqnit levitasiya texnologiyası hazırlayırlar.
Telekanalın məlumatına görə, sınaq nəticələri elektromaqnit dartmasından istifadə edərək vakuum nəqliyyatının inkişafı üçün yeni imkanlar açır.
Çində müasir qatarların saatda 350 km sürətə çatdığı məlumdur. Bu sistem qatarların relslərdə hərəkət etmək əvəzinə, sözün əsl mənasında vakuum tunellərində üzməsini nəzərdə tutan İlon Maskın “Hyperloop” layihəsinə bənzəyir. Lakin “Hyperloop” dünyanın heç bir yerində tam şəkildə tətbiq olunmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 25 Dekabr 2025 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















