Azərbaycan və Çin ÜTT yə üzvlüklə bağlı danışıqları başa çatdırıblar
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Pekində Çin və Azərbaycan arasında Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması ilə bağlı danışıqların ikinci raundu keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi (MOFCOM) məlumat yayıb.
Məlumata əsasən, tərəflər bazara çıxış şərtlərinin müzakirəsini əsaslı şəkildə başa çatdırıblar.
Həmçinin tərəflər mal və xidmət ticarəti sahəsində bütün təkliflər üzrə konsensus əldə ediblər. Danışıqları Çinin ticarət nazirinin müavini Yan Donq və Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli aparıblar.
MOFCOM bunun Azərbaycanın ÜTT-yə üzv olmasına təkan verdiyini və Çinin dəstəyini əks etdirdiyini vurğulayıb.
Baxış sayı:126
Bu xəbər 13 İyun 2025 19:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















