Çin Avropa İttifaqının 18 ci sanksiyalar paketinə cavab tədbirləri hazırlayır
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Çin milli şirkətlərin hüquqlarını qorumaq üçün Avropa İttifaqının (Aİ) 18-ci anti-Rusiya sanksiyalar paketinə qətiyyətli tədbirlərlə cavab verəcək.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Ticarət Nazirliyi məlumat yayıb.
Pekin təkid edir ki, Avropa Çin müəssisələrini və maliyyə institutlarını sanksiya siyahısına daxil etmək kimi səhv hərəkətlərdən dərhal imtina etsin.
"Çin şirkətlərinin qanuni hüquq və maraqlarını qətiyyətlə qoruyacaq", - Çin Xalq Respublikasının Ticarət Nazirliyinin bəyanatında qeyd olunur.
Məlumat üçün əlavə edək ki, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı 18-ci sanksiyalar paketi iyulun 19-u qüvvəyə minib. Siyahıya Çinin dörd şirkəti də düşüb. Bunlar "Zhu Jiang Shipmanagement", "ACE Electronic HK" (Honkonq Xüsusi İnzibati Bölgəsində qeydiyyatdan keçib), "Wuhan Global Sensor Technology" və "Shandong ODES Industry" şirkətləridir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 21 İyul 2025 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















