Icma.az
close
up
RU
Avropa İttifaqının “iqtisadi kardioqramı”

Avropa İttifaqının “iqtisadi kardioqramı”

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-ci ildə mülayim artım, qeyri-bərabər dinamika izlənilir

Avropa Komissiyası 2025-ci ilin yaz iqtisadi proqnozunu açıqlayıb. Sənədə əsasən, Avropa İttifaqı (Aİ) üzrə ümumi iqtisadi artım tempi 1,1 faiz, avrozona üzrə isə 0,9 faiz həcmində dəyərləndirilib. Bu, 2024-cü ildəki göstəricilərlə müqayisədə dəyişməz səviyyə­dədir və iqtisadi sabitləşmə meyillərinin davam etdiyini göstərir.

Avrozonada inflyasiyanın da ­tədricən azalacağı gözlənilir: 2024-cü ildə 2,4 faiz olan inflyasiya 2025-ci ildə 2,1 faizə, ­2026-cı ildə isə 1,7 faizə enəcək.

Bütün Aİ üzrə bu göstəricilər oxşar trayektoriya üzrə hərəkət etsə də, başlanğıc səviyyənin bir qədər yüksək olması səbəbindən 2026-cı ildə inflyasiyanın 2 faizdən aşağı düşməsi nəzərdə tutulur.

İqtisadi artım liderləri kimlərdir?

Ən yüksək artım tempinə malik ölkələr sırasında Malta (4,1 faiz), Danimarka (3,6 faiz) və İrlandiya (3,4 faiz) kimi nisbətən kiçik, lakin çevik iqtisadiyyata malik dövlətlər önə çıxır. Onların ardınca Polşa (3,3 faiz), Xorvatiya (3,2 faiz) və Kipr (3 faiz) gəlir. Bu ölkələrdə daxili bazarların genişlənməsi, rəqəmsal texnologiyaların tətbiqi və turizm sektorunun canlanması əsas aparıcı amillər sayılır.

Ciddi yavaşlamalar və mənfi artım

Bəzi böyük iqtisadiyyatlar isə gözlənilənin əksinə, zəif performans nümayiş etdirir: Almaniyada iqtisadi artım sıfır səviyyəsində dayanıb – bu, Avropanın ən böyük iqtisadiyyatında durğunluq siqnalıdır. Avstriya isə 0,3 faiz azalma ilə mənfi bölgəyə keçən yeganə ölkədir. Fransa (0,6 faiz), İtaliya (0,7 faiz) və Belçika (0,8 faiz) kimi böyük ölkələr də aşağı templə inkişaf edir.

Baltik və Mərkəzi Avropa ölkələri orta tempin altında

Latviya (0,5 faiz), Macarıstan (0,8 faiz), Estoniya, Finlandiya, Niderland kimi ölkələrdə artım nisbətən zəifdir. Bu, həm daxili istehlakın azalması, həm də ticarət tərəfdaşlarındakı iqtisadi yavaşlama ilə izah olunur.

Avropa bərpa yolundadır, temp isə qeyri-bərabərdir

Ümumilikdə, Avropa İttifaqında iqtisadi artımın davam etməsi, inflyasiyanın isə hədəf səviyyəsinə yaxınlaşması müsbət tendensiya kimi qiymətləndirilə bilər. Lakin böyük iqtisadiyyatların zəif performans, bütövlükdə, Aİ-nin inkişaf impulsunu ləngidə bilər. Bu şəraitdə daha çevik və struktur islahatlara açıq olan ölkələr liderliyi ələ alır.

Azərbaycan üçün isə bu proqnozlar strateji əməkdaşlıqda yeni iqtisadi imkanların qiymətləndirilməsi baxımından əhəmiyyətli göstəricidir. Aİ-dəki sabitləşmə və bəzi ölkələrdəki artım Azərbaycana həm ticarət, həm də investisiya baxımından açılan pəncərələri genişləndirə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:281
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 May 2025 06:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri