Icma.az
close
up
RU
Çin avtomobili almaq istəyənlərin diqqətinə! Ekspertdən XƏBƏRDARLIQ

Çin avtomobili almaq istəyənlərin diqqətinə! Ekspertdən XƏBƏRDARLIQ

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Son illər Çin avtomobilləri Azərbaycan bazarında da geniş yayılmağa başlayıb. Bəziləri onların ucuz qiymətinə görə üstünlük versə də, çoxları hələ də keyfiyyət məsələsində tərəddüd edir. Müasir modellərin texnologiya və dizayn baxımından inkişaf etdiyi söylənsə də, etibarlılıq və uzunömürlülük barədə suallar qalır. Çin avtomobilləri keyfiyyətsizdir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Çin avtomobilləri keyfiyyətsiz deyil, lakin bu, bütün modellərə aid deyil.
Onun sözlərinə görə, bəzi modellər riskli hesab olunur və onları əldə etmək təhlükəli ola bilər:
“Azərbaycanda fəaliyyət göstərən şirkətlər fəaliyyət var ki, Çin maşınlarını rəsmi şəkildə gətirir, satır və 5-6 illik zəmanətlə təklif edirlər. Bu tip avtomobilləri almaqda problem görmürəm. Problem odur ki, insanlar tanımadığı, mənşəyini bilmədiyi modelləri internet vasitəsilə sifariş verirlər və sonra hüquqlarının pozulduğunu iddia edirlər. Yəni sən mənşəyini, mənbəyini bilmədiyin maşını niyə alırsan ki? Bəzi alıcılar avtomobili ucuz olduğuna, salonu rahat və dizaynı cəlbedici olduğuna görə seçirlər. Bu avtomobil alqı-satqısında ən axırıncı variantlardı ki, bəzən insanlar gözüyumlu şəkildə bu variantları seçirlər. Amma bu qətiyyən düzgün deyil, avtomobil alarkən bu cür yanaşma qətiyyən yolverilməzdir, risklidir, təhlükləlidir. Ona görə hər kəs bunu bilməlidir”.
O, həmçinin qeyd edib ki, Azərbaycanda kifayət qədər tanınmış Çin avtomobil brendləri mövcuddur və rəsmi zəmanətlə satılır:
“Hətta ənənəvi avtomobillərin Çin modelləri də ölkəmizdə təqdim olunur. Məsələn, Toyotanın, Mercedes-in, BMW-nin Çin üçün istehsal edilmiş digər modelləri artıq Azərbaycanda satılır. Lakin bu avtomobillərə rəsmi distributer zəmanət vermir, çünki onlar Çin regionu üçün nəzərdə tutulub”.
E.Muradlı diqqətə çatdırıb ki, bəzi alıcılar ucuz qiymətə görə bu modelləri seçir, lakin sonradan mühərrik və batareya problemləri ilə üzləşərək ciddi maddi zərərə düşürlər:
“Misal üçün, bir Toyotanı Çin versiyası ilə aldın, 8-10 min manat zərərə düşə bilərsən. Eyni problem digər modellərə də aiddir. Məsələn, Çinin Jetor avtomobili Azərbaycanda rəsmi dilerlər tərəfindən satılır. Lakin bəzi alıcılar onu qeyri-rəsmi yolla, birbaşa Çindən gətirirlər. Qəza baş verdikdə, bu şəxslər rəsmi distributerlərə müraciət edir və məsələn, qapı və ya qabaq şüşə kimi ehtiyat hissələrinin alınmasını tələb edirlər. Lakin distributer bunu təmin etmir, çünki ondan alınmayıb. Ona görə də hər zaman rəsmi servislərə müraciət etmək lazımdır. Qeyri-rəsmi yolla gətirilmiş avtomobillər yalnız ehtiyat hissələrinin alınmasında problem yaratmır, həm də mühərrik və ötürücü qutusunda ciddi risklər yarada bilər. Maşının əsas hissələrində yaranan hər hansı problem 10-15 min manat zərərə səbəb ola bilər. Buna görə də diqqətli olmaq vacibdir”.(media.news)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 Avqust 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri