Icma.az
close
up
RU
Çin avtomobilləri ilə bağlı gizli problem üzə çıxdı: Ən böyük risk...

Çin avtomobilləri ilə bağlı gizli problem üzə çıxdı: Ən böyük risk...

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

“Mən deməzdim ki, Çin avtomobilləri arasında BYD markasının ehtiyat hissələri gec tapılır. Çünki artıq BYD-nin Azərbaycanda rəsmi nümayəndəliyi fəaliyyət göstərir. Rəsmi nümayəndəlik açılana qədər ehtiyat hissələrinin tapılmasında müəyyən çətinliklər ola bilərdi, lakin indi vəziyyət fərqlidir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında  nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib. Onun sözlərinə görə, modellərin bir çoxu Azərbaycana qeyri-rəsmi yollarla gətirilir:

“Ümumiyyətlə, bu gün Çində avtomobil sənayesi durmadan inkişaf edir və söhbət kütləvi istehsaldan gedir. Orada, demək olar ki, hər bir marka istehsal olunur və hər ay yeni modellər satışa çıxarılır. Çin əhalisi çox olan bir ölkədir və orada hər ay yeni modelin konveyerdən çıxması artıq normaldır. Problem ondadır ki, bu modellərin bir çoxu Azərbaycana qeyri-rəsmi yollarla gətirilir. Daha sonra həmin avtomobillərdə nasazlıq yarananda ehtiyat hissəsi tapmaq mümkün olmur. Halbuki, hər hansı bir markanın avtomobili rəsmi dilerdən alınarsa və həmin dilerin rəsmi servisi, ehtiyat hissələri bazası varsa, heç bir problem yaranmamalıdır”. Pepperoni pizza

“Bu gün ölkədə avtomobil alqı-satqısı ilə diletantlar da məşğul olur. Həkimlər, mühəndislər və digər peşə sahibləri Çin bazarından avtomobil gətirib Azərbaycanda əlavə qazanc mənbəyi kimi satırlar. Əlbəttə ki, belə olan halda keyfiyyətli xidmətdən söhbət gedə bilməz. Özünə hörmət edən rəsmi dilerlər ölkədə nümayəndəlik açanda, ilk növbədə, həmin modelin servis şəbəkəsini qurur, ehtiyat hissələrini gətirir, ustalarını sertifikatlaşdırır və müvafiq avadanlıqlarla təmin edirlər. Yalnız bundan sonra satışa başlayırlar. Biz isə bazarda bəzən bunun əksini görürük: maşını tez gətirib satmaq, sadəcə pul qazanmaq istəyirlər və heç bir məsuliyyət daşımırlar. Çox təəssüf ki, bir çox hallarda dövlət qurumları da bu məsələyə göz yumur”.

Ekspert onu da qeyd edib ki, bu cür neqativ hallar rəsmi servislərə də böyük ziyandır.:

“Çünki rəsmi şirkətlər dövlətə vergi verir və satılan hər bir avtomobilə görə zəmanət öhdəliyi daşıyır. Çin maşınlarında təmir vaxtının uzanması rəsmi servislərdə problem yaratmır, bu problem qeyri-rəsmi yolla gətirilən maşınlarda yaşanır. Vətəndaş avtomobili alır, problem çıxanda isə onu harada təmir etdirəcəyini bilmir. Hardansa ehtiyat hissəsi sifariş edir, onun da Çindən gəlib-gəlməyəcəyi sual altında qalır. Çünki bu yolla alınan avtomobillərin heç bir zəmanəti yoxdur. Burda günah bir az da vətəndaşın özündədir. Problemin köklü həlli isə ölkəyə qeyri-leqal, fərdi və fırıldaqçı yollarla avtomobil gətirilməsinin qarşısının alınmasından keçir”.

Cəlalə Cəlalqızı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 İyul 2026 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri