Icma.az
close
up
RU
Çin avtomobilləri və qlobal bazarda güc mübarizəsi

Çin avtomobilləri və qlobal bazarda güc mübarizəsi

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Son illərdə dünya avtomobil bazarında diqqətçəkən bir dəyişiklik baş verir. Çin istehsalı avtomobillər sürətlə beynəlxalq bazarda mövqe qazanır. Əvvəllər ucuz və keyfiyyətsiz kimi qəbul edilən bu maşınlar artıq həm texnologiya, həm dizayn, həm də enerji səmərəliliyi baxımından ciddi rəqibə çevriliblər. Bu dəyişiklik Mercedes, BMW, Toyota kimi qlobal nəhənglərin gələcəyi ilə bağlı suallar doğurur. Bəs bu nəhənglər bazardan sıxışdırılıb çıxarıla bilərmi?

2023-cü ilin sonuna olan statistikaya görə, Çin dünyanın ən böyük avtomobil istehsalçısı olmaqla yanaşı, elektrikli nəqliyyat vasitələrinin ixracında da liderdir. Xüsusilə BYD, NIO, Xpeng, Geely və Chery kimi markalar Avropa və Asiya bazarlarında paylarını artırmaqdadır.

Bloomberg və OICA-nın (Beynəlxalq Avtomobil İstehsalçıları Təşkilatı) hesabatlarına görə, Çin 2023-cü ildə 4 milyondan çox elektrikli avtomobil ixrac edib və Çin avtomobilləri 20–40% daha ucuz qiymətlərlə təklif edilir.

Mercedes-Benz kimi brendlər onilliklər ərzində "lüks", "etibar", "keyfiyyət" simvolu kimi qəbul edilib. Onlar yalnız avtomobil satmır, brend təcrübəsi və emosional dəyər təqdim edirlər. Bununla belə, dəyişən texnoloji və iqtisadi reallıqlar bu brendləri də ciddi addımlar atmağa vadar edir. Məsələn, Mercedes EQ seriyası ilə elektrikli modellərə keçidi sürətləndirib, BMW, Toyota və Volkswagen qrupları AR-GE büdcələrini artırıb, Çinlə istehsal sahəsində əməkdaşlığa başlayıblar və s.

Onuda qeyd edək ki, Çin avtomobillərinin sürətli artımına baxmayaraq, bəzi sahələrdə onlar hələ də məhdudiyyətlərlə qarşılaşır. Məsələn, Brend etibarı zəifdir və Mercedes, Audi kimi markaların prestiji ilə rəqabət aparmaq çətindir.

“McKinsey & Company”, “PwC” və “UBS” kimi konsaltinq şirkətlərinin hesabatlarına əsasən, 2030-cu ilə qədər dünya avtomobil bazarının yarısı elektrikli avtomobillərdən ibarət olacaq və bu sahədə liderlik uğrunda əsas mübarizə Çin və Avropa brendləri arasında gedəcək. Əgər Çin markaları yaxın illərdə brend etibarı və keyfiyyət məsələsində də irəliləyiş əldə etsələr, o zaman yalnız ucuz seqmentdə deyil, lüks seqmentdə də ciddi rəqibə çevrilə bilərlər.

Hazırkı proqnozlara görə Mercedes-Benz kimi brendlər bazardan silinməyəcək, lakin onların bazar payı darala bilər. Onlar daha çox yüksək seqmentlərə yönəlib brend dəyərini qorumağa çalışacaq, Çin markaları isə orta və aşağı seqmentlərdə böyük pay sahibi olacaq. Lakin texnologiya və ekoloji tələblər artdıqca bu sərhədlər də dəyişə bilər.

Leyla Mirzə, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 İyul 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri