Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

ML: 3 cü tur başlayır

Ronaldo dönəmi başa çatır

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Servissiz qalan Çin avtomobilləri

Servissiz qalan Çin avtomobilləri

Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illərdə Azərbaycanda Çin avtomobillərinə maraq sürətlə artmaqdadır.

Münasib qiymət və zəngin təchizat paketi bu markaları alıcılar üçün cəlbedici edib. Lakin bazarın bu cür böyüməsi özü ilə bərabər satış sonrası xidmətlə bağlı bəzi narazılıqları da gündəmə gətirib. Xüsusilə fərdi qaydada və ya qeyri-rəsmi idxalçılar vasitəsilə ölkəyə gətirilən avtomobillərin sahibləri rəsmi servis mərkəzlərində onlara xidmət göstərilməsindən imtina edildiyini bildirirlər. Nəticədə xeyli insanın hüquqları kütləvi şəkildə pozulur. Alman, yapon və Koreya maşınları ilə bağlı belə bir problem yaşanmadığı halda, Çin avtomobil şirkətlərinə aid servislərin bu siyasəti nə dərəcədə doğrudur? Rəsmi servis mərkəzi sadəcə rəsmi dilerdən alınmadığı əsas gətirilərək eyni markalı avtomobilə xidmət göstərməkdən imtina edə bilərmi?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Standartlara uyğun olmayan avtomobillər

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, Çindən fərdi qaydada gətirilən avtomobillərin böyük əksəriyyəti yalnız həmin ölkənin daxili bazarı üçün nəzərdə tutulub və Avropa standartlarına cavab vermir. Azərbaycanda fəaliyyət göstərən rəsmi diler və distribütorlar isə əsasən Avropa spesifikasiyalı avtomobillər idxal edirlər:

"Buna uyğun olaraq bazardakı ehtiyat hissələri və texniki təchizat da məhz bu standartlar əsasında formalaşdırılır. Belə olan halda, rəsmi dilerlərin fərdi qaydada gətirilmiş Çin avtomobillərinə xidmət göstərməkdən imtina etməsi tamamilə əsaslı və qanunauyğundur. Qeyri-rəsmi yollarla ölkəyə daxil olan, mənşəyi məlum olmayan və heç bir istehsalçı zəmanəti daşımayan maşınların rəsmi servislərdə təmiri texniki cəhətdən də məqsədəuyğun deyil. Nəzərə almaq lazımdır ki, rəsmi servis hər hansı avtomobili təmir edərkən onun sonrakı istismarına və texniki qulluğuna görə də məsuliyyət daşıyır. Bu baxımdan servislərin imtina qərarı tamamilə başadüşüləndir. Yerli dilerlər Avropa standartlarına cavab verən avtomobilləri təqdim edir və fəaliyyətlərini zavodun verdiyi istehsalçı zəmanəti əsasında qururlar. Yalnız Çin bazarı üçün istehsal edilən bir avtomobili təmir etmək üçün rəsmi servisin nə müvafiq ehtiyat hissəsi, nə də bu xüsusi modifikasiya üzrə ixtisaslaşmış ustası mövcuddur. Vizual olaraq eyni model kimi görünsələr də, ehtiyat hissələri çox vaxt bir-birinə uyğun gəlmir".

Hüquqi məsuliyyət məsələsi

E.Cəfərov bildirib ki, məsələnin digər tərəfi hüquqi məsuliyyətlə bağlıdır. Rəsmi servislər yalnız özləri satdıqları avtomobillərin təhlükəsizliyinə zəmanət verir:

"Mənşəyi və texniki vəziyyəti tam bilinməyən avtomobillərdə qısa müddət sonra mühərrik problemlərinin, təhlükəsizlik kəməri və ya əyləc sistemində gizli zavod qüsurlarının üzə çıxma ehtimalı var. Baş verə biləcək hər hansı ağır qəza halında hüquqi məsuliyyəti kimin daşıyacağı açıq qalır. Fərdi şəxslərin avtomobil idxalından gəlir əldə etməsi, yaranan potensial texniki fəsadlara görə isə məsuliyyətin rəsmi servisin üzərinə atılması qətiyyən ədalətli yanaşma deyil".

"Haqsız rəqabət mühiti formalaşdırırlar"

Ekspertin fikrincə, mövcud vəziyyət rəsmi diler və distribütorların da hüquqlarının ciddi şəkildə pozulmasına gətirib çıxarır:

"Onlar ölkəyə standartlara cavab verən avtomobillər gətirir, alıcılara 5-10 illik istehsalçı zəmanəti təqdim edir və yüzlərlə iş yeri yaradırlar. Fərdi idxalla məşğul olan şəxslər isə satış sonrası heç bir servis qulluğu təşkil etmədən haqsız rəqabət mühiti formalaşdırırlar. Bu vəziyyət rəsmi şirkətlərin müflisləşmə təhlükəsi ilə üzləşməsinə, kütləvi ixtisarlara və şöbələrin bağlanmasına səbəb ola bilər. Nəticədə proses həm dövlət büdcəsinə daxil olan vergilərin azalmasına, həm də işsizliyin artması ilə müşayiət olunan sosial problemlərə yol açır. Mövcud xaotik vəziyyətin aradan qaldırılması üçün müvafiq qurumların diqqətinin bu sahəyə yönəlməsi və rəsmi distribütorların hüquqlarının qorunması zəruridir".

"Bu sahədə xaos mövcuddur"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, bu sahədə xaos mövcuddur:

"Rəsmi satış nöqtəsindən alınmayan Çin avtomobillərinə servis xidmətinin göstərilməməsi istehlakçı hüquqlarının pozulmasıdır və bu, ümumilikdə avtomobil bazarında böyük bir xaosun hökm sürdüyünü sübut edir. Əgər avtomobil rəsmi dilerdən deyil, təsadüfi bir yerdən alınıbsa, hətta tamamilə yeni olsa belə, servis mərkəzi təmənnasız xidmət göstərməkdən imtina edə bilər və istehlakçılar bu reallığı nəzərə almalıdırlar. Avtomobil bazarındakı xaos təkcə xidmətdən imtina halları ilə məhdudlaşmır. Bir çox rəsmi satış nöqtələri zəmanət verərkən məntiqə sığmayan şərtlər irəli sürürlər. Məsələn, istehlakçıya bildirilir ki, avtomobilin qapısında kiçik bir əzik olarsa və o, başqa yerdə təmir edilərsə, maşın ümumi zəmanətdən çıxarılacaq. Düşünürəm ki, bu, tamamilə absurd yanaşmadır. Sürücü uzaq bir regionda nasazlıqla və ya hər hansı hadisə ilə üzləşərsə, avtomobili yerindəcə düzəltdirib hərəkətinə davam etməyə məcburdur. Belə bir vəziyyətdə avtomobilin zəmanətdən məhrum edilməsi yolverilməzdir".

"Mütləq onun servis kitabçası tələb edilməlidir"

E.Hüseynovun sözlərinə görə, xüsusən "ikinci əl" avtomobil alan istehlakçılar diqqətli olmalıdırlar. İşlənmiş maşın alarkən mütləq onun servis kitabçası tələb edilməlidir:

"Həmin kitabçada avtomobilin hansı yürüşdə (kilometrajda) harada olduğu, yağ dəyişmə prosesinin necə həyata keçirildiyi aydın qeyd olunur. Qeydiyyatı və ya servis kitabçası olmayan avtomobillərin alınması tövsiyə edilmir. Çünki belə hallarda adətən avtomobilin qüsurları olur və gizlətmək üçün kitabça qəsdən yox edilir".

Sədrin fikrincə, hazırda ölkəyə külli miqdarda standartlara cavab verməyən saxta detallar gətirilir: "Vəziyyət o həddə çatıb ki, satıcılar özləri belə müştəriyə "bu, saxtadır və ucuzdur, bu isə orijinaldır" deyə etiraf edirlər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://baku.ws
archiveBu xəbər 27 İyun 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see338

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see281

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see248

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see202

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see201

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see198

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see195

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see190

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see190

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see189

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see188

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see187

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see186

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see186

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see184

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see183

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see183

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see182

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see181

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri