Icma.az
close
up
RU
Çin avtomobillərinə servis xidməti göstərmirlər Bu, bəhanədir

Çin avtomobillərinə servis xidməti göstərmirlər Bu, bəhanədir

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son vaxtlar Azərbaycanda Çin istehsalı avtomobillərin satışı sürətlə artır. Rəsmi dilerlər bildirir ki, xaricdən fərdi qaydada gətirilən Çin avtomobillərinə onlar servis xidməti göstərmirlər.

Yəni, avtomobil eyni model olsa da, rəsmi kanal vasitəsilə alınmayıbsa, həmin markanın servisinə qəbul edilmir.

Bu barədə “Changan”ın rəsmi servis mərkəzi və “Zeekr”, “Li Auto”, “Geely”, “Chery”, “Voyah” və “Radar” kimi tanınmış avtoistehsalçıların rəsmi distribütorları olan “Efendiler Group” ilə əlaqə saxladıq.

Servis xidmətindən bildirildi ki, xidmət sadəcə rəsmi dilerdən alınan avtomobillərə göstərilir. Bu isə istehlakçılar arasında narazılıq doğurur. Çünki digər markalarda — məsələn, Apple, Samsung, Rolex və ya Toyota, BMW kimi avtomobil brendlərində məhsul haradan alınmasından asılı olmayaraq, rəsmi servisdə təmir mümkündür.

Əgər istehlakçı eyni markanın avtomobilini qanuni qaydada ölkəyə gətiribsə, nəyə görə həmin markanın rəsmi servisi ona xidmət göstərmir? Bu, istehlakçı hüquqlarına zidd deyilmi?

Mövzu ilə bağlı açıqlama verən "MasterClass" layihəsinin rəhbəri, avtomobil sahəsi üzrə ekspert Raqif Raufoğlu bildirib ki, bir çox markalar bu xidməti göstərməkdən imtina edirlər. Bunu da proqramın olmaması ilə əsaslandırırlar. Mütəxəssis qeyd edib ki, bu, bəhanədir. Belə ki, onlara öz avtomobillərinin satılması maraqlıdır. Bu da alıcılarda qıcıq yaradır. R.Raufoğlu nəzərə çatdırıb ki, aralarında xidmət göstərənlər də var:

“Çindən gətirilən “Toyota” avtomobilinə “Toyota Absheron” xidmət göstərir, həmçinin Çindən gətirilən “BYD” avtomobillərinə də xidmət göstərilir. Sadəcə sifarişçidən alınan avtomobillə gətirilənin ehtiyat hissələri arasında ölçü fərqi olur. Belə olan halda, sifarişçi sifarişi edib ehtiyat hissəsini gözləməli olur. Bəzən isə şirkətlər Çinlə razılaşır, bir növ monopoliya yaratmağa çalışırlar, lakin bu, əks effekt verir. Əksinə belə olanda satışlar da düşür”.

Mütəxəssis vurğulayıb ki, vaxtilə bu cür hadisələr baş verib:

“Belə ki, “Volkswagen”i ABŞ-dən gətirirdilər, buradakı ofis isə Almaniyaya bağlı idi. Onlar da ABŞ-dən gətirilənlərə xidmət göstərmirdilər. Buradakı ofis Almaniya ilə əlaqə saxlayanda bildirirdilər ki, bizim ABŞ-yə göndərdiyimiz avtomobil niyə oradadır. Bəzi avtomobillər regionlar üzrə istehsal olunur. Buradakı Çin avtomobillərində isə məsələ sadəcə dillerin öz məhsulunu satmaq üçün əl atdığı yoldur”.

R.Raufoğlunun fikrincə, bəzi Çin avtomobil şirkətlərinin bağlanması gözlənilir.

Mövzunun hüquqi tərəfi ilə bağlı isə vəkil Turan Abdullazadə məlumat verib. Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində bu məsələ birbaşa “Çin avtomobilləri” kontekstində tənzimlənmir, lakin aşağıdakı qanun və prinsiplər tətbiq olunur:

“ “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun: 8-ci maddəsinə əsasən: istehlakçı aldığı malın keyfiyyətinə, təhlükəsizliyinə və servis xidmətinə dair düzgün məlumat almaq (müqavilə ilə tanış olmaq) hüququna malikdir və həmin qanunun 13-cü maddəsində qeyd edilir ki, satıcı (istehsalçı, icraçı) istehlakçıya malın təmiri və texniki xidmətinin təmin olunması üçün zəruri şəraiti yaratmalıdır. Yəni, əgər avtomobil qanuni idxal edilibsə, onun marka üzrə texniki xidmətə çıxışı məhdudlaşdırılmamalıdır. Əks halda, bu, istehlakçının seçim və xidmət hüququnun pozulması hesab edilə bilər. Distribütorlar adətən belə izah edir ki, onlar yalnız özləri gətirdikləri avtomobillərə zəmanət verir, çünki istehsalçı ilə müqavilə bunu belə müəyyən edib. Rəsmi servis yalnız istehsalçı tərəfindən təsdiqlənmiş məlumat bazasına (VIN kod üzrə) çıxışa malikdir, fərdi idxal edilən avtomobil orada görünmür; Əgər fərdi idxal edilən avtomobil servisə qəbul edilərsə və sonradan nasazlıq baş verərsə, marka həmin məsuliyyəti dilerdən tələb edə bilər”.

Hüquqşünas izah edib ki, bu izah zəmanət xidməti üçün əsas ola bilər, amma ödənişli servis xidmətinə (yəni zəmanətsiz təmirə) imtina üçün əsas deyil:

“Çünki burada artıq məsuliyyət dilerin deyil, ödəniş edən müştərinin üzərində olur. Dediyiniz kimi, “Apple”, “Samsung”, “Toyota”, “BMW” kimi brendlər qlobal servis sisteminə malikdir. Bu o deməkdir ki, məhsul dünyanın istənilən yerində alınıbsa, rəqəmsal məlumat bazasında qeydiyyata alınır və servis tərəfindən tanınır. Yəni istehsalçı istehlakçı hüququnu qorumaq üçün mərkəzləşdirilmiş dəstək təmin edir. Bir çox Çin markaları isə (xüsusən yeni brendlər — “Chery”, “Haval”, “BYD” və s.) hələ bu səviyyədə beynəlxalq koordinasiyaya malik deyil. Onların yerli distribütor müqavilələri çox vaxt regional, müstəqil əsasda qurulur və zəmanət, servis və məlumat bazası paylaşımı məhdud olur”.

T.Abdullazadə qeyd edib ki, əgər avtomobil qanuni idxal edilibsə və istehlakçı ödənişli xidmət istəyirsə, rəsmi servis tərəfindən tamamilə imtina istehlakçı hüquqlarına zidd hesab oluna bilər:

“Zəmanət xidməti (pulsuz təmir) yalnız rəsmi idxal edilən avtomobillərə şamil edilə bilər, bu normaldır, çünki zəmanət müqavilə əsasında verilir. Ödənişli texniki xidmətin rədd edilməsi isə haqlı əsas deyil. İstehlakçılar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna istinadla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (İqtisadiyyat Nazirliyi) şikayət edə bilərlər. Əgər rəsmi servis imtina verirsə, yazılı şəkildə əsas göstərilməsini tələb etmək lazımdır. Uzunmüddətli perspektivdə isə bu sahədə normativ tənzimləmə (məsələn, “paralel idxal”la gətirilən avtomobillərə texniki xidmət hüququnun qorunması) vacibdir”.(sfera.az)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 Noyabr 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri