Icma.az
close
up
RU
Çin avtomobillərinin qiymətini süni artıranlarla bağlı Agentlikdən AÇIQLAMA

Çin avtomobillərinin qiymətini süni artıranlarla bağlı Agentlikdən AÇIQLAMA

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Süni qiymət artımı günümüzün acı reallığıdır. Hər gün hansısa məhsulun, malın qiymətində artım müşahidə edirik. Təbii ki, qiymət artımlarının çox zaman heç bir iqtisadi əsaslandırması olmur. Ən pisi də odur ki, qiymət artımı daha çox psixoloji amillə bağlı olur. Məsələn, elektrik və hibrid avtomobillərin idxalına tətbiq edilən vergi güzəştləri 2026-cı ilin 1 yanvarından ləğv olunacaq. Lakin bu qərar hələ müzakirəyə belə başlamamış avtomobil bazarında ajiotaj yarandı.
 

MÖVZU İLƏ BAĞLI:
Avtomobil bazarında AJİOTAJ – Süni qiymət artıranlar cəzalandırılacaq?


Xüsusən də Çindən gətirilən avtomobillərin qiymətində 10-15 faiz bahalaşma oldu. Ekspertlərin fikrincə, ilin sonuna qədər bu qiymət artımı 25-30 faizə qədər artacaq.
Bəs süni qiymət artımına qarşı qanunvericilikdə hansı mübarizə tədbirləri nəzərdə tutulur? Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 2025-ci il süni qiymət artımı ilə bağlı nə qədər müraciət daxil olub?
Bu suallara cavab tapmaq üçün Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sorğu göndərdik.
Qurumdan Bizim.Media-nın sorğusuna belə cavab verilib:
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı" təsdiq edilib. Həmin siyahıya daxil olan malların (işlərin, xidmətlərin) qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər malların (işlərin, xidmətlərin) qiymətləri bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən edilir.
Bundan əlavə, "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə öz məhsulları üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir.
Ekoloji təmiz nəqliyyat vasitələrinin (elektrik və hibrid avtomobilləri) idxalı zamanı  müəyyən tənzimləmələr tətbiq ediləcəyi təqdirdə, müvafiq sektorda bazar (tələb-təklif) prinsiplərinə uyğun qiymət dəyişikliyinin baş verməsi istisna olunmur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində süni qiymət artımı ilə bağlı Agentliyə ümumilikdə 14 müraciət daxil olub.
Əlavə olaraq bildiririk ki, qiymət dəyişikliyinin rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim edildiyi təqdirdə məsələyə mahiyyəti üzrə baxılır. Agentliyə rəsmi internet səhifəsi və elektron poçt ([email protected]) vasitəsilə müraciət etmək mümkündür”.

Surxay Atakişiyev, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://bizim.media
archiveBu xəbər 11 Dekabr 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see160

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see138

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri