Icma.az
close
up
RU
Agentlikdən audit yoxlamaları ilə bağlı AÇIQLAMA

Agentlikdən audit yoxlamaları ilə bağlı AÇIQLAMA

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

23 oktyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) 2023–2025-ci illər üzrə fəaliyyətinin təşkilinin səmərəliliyinin və icrasının nəticəliliyinin qiymətləndirilməsinə dair səmərəlilik (performans) auditinin nəticələri ilə bağlı rəsmi məlumat dərc edilmişdir (https://sai.gov.az/audit/204).

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

"Həmin məlumatın mediada işıqlandırılması zamanı bəzi hallarda faktların məzmun və kontekstdən kənar təqdim edildiyi, xüsusilə xarici kvalifikasiyaların tanınması prosesi ilə bağlı ictimaiyyətdə yanlış təsəvvür yarada biləcək başlıqlardan istifadə olunduğu müşahidə edilir. Bununla əlaqədar bildiririk ki, bəzi media resurslarında yayımlanan “TKTA-da saxta diplomlar aşkarlandı” məzmunlu başlıqlar Hesablama Palatasının rəsmi məlumatında əksini tapan faktların mahiyyətini düzgün ifadə etmir. Belə ki, rəsmi məlumatda xarici kvalifikasiyaların tanınması zamanı təqdim edilmiş sənədlərin həqiqiliyinin yoxlanılması, saxta sənədlərin müəyyən edilməsi və bu hallarla bağlı TKTA-nın həyata keçirdiyi tədbirlər qeyd edilmişdir. Bu baxımdan, vətəndaşlar tərəfindən təqdim olunan saxta sənədlərin müəyyən edilməsi ilə həmin sənədlərin TKTA-nın öz fəaliyyəti nəticəsində aşkar olunması arasındakı fərqin nəzərə alınması xüsusi əhəmiyyət daşıyır.

Qeyd edirik ki, TKTA xarici kvalifikasiyaların tanınması sahəsində fəaliyyətini qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, kvalifikasiyaya dair sənədin autentik, yəni həqiqi olması tanınma üçün nəzərə alınan şərtlərdən biridir. İnzibati icraatın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədilə TKTA tərəfindən ərizəçilərin təqdim etdikləri sənədlərin həqiqiliyinin müəyyənləşdirilməsi üçün müvafiq xarici ali təhsil müəssisələrinə sorğular göndərilir. Əldə olunan məlumatlar, eləcə də daxil olmuş rəsmi cavablar əsasında təqdim edilmiş sənədlərin autentik olmadığı müəyyən edildikdə, qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qərarlar qəbul edilir.

Bu xüsusda, TKTA-nın Nizamnaməsinin 3.1.10-cu yarımbəndinə uyğun olaraq, TKTA-nın fəaliyyət sahəsində inzibati xəta əlamətləri aşkar edildikdə qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin görülməsi, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verilməsi təmin edilir. Bu çərçivədə saxta diplomlar və digər təhsil sənədləri ilə bağlı müəyyən edilmiş hallar ümumiləşdirilərək hüquqi qiymət verilməsi üçün aidiyyəti dövlət orqanlarına təqdim olunur.

Eyni zamanda, audit nəticələrinin maliyyə fəaliyyəti ilə bağlı hissəsinin mediada işıqlandırılması zamanı da hesabatda əksini tapan məqamların mahiyyətinin və ümumi kontekstin qorunması mühüm əhəmiyyət kəsb edir. Hesabatda maliyyə idarəçiliyi, dövlət satınalmaları, müqavilələrə nəzarət, uçot və hesabatlılıq, eləcə də gəlir və xərclərin nisbəti ilə bağlı məsələlərə toxunulmuşdur. Hesab edirik ki, bu məsələlərin hesabatda əks olunduğu məzmun və çərçivədə təqdim edilməsi, onların mahiyyətinin əlavə şərh və ümumiləşdirmələrlə dəyişdirilməməsi ictimaiyyətin düzgün məlumatlandırılması baxımından vacibdir. Habelə, audit nəticələrinin ayrı-ayrı məqamlarının ümumi kontekstdən kənar təqdim edilməsi qurumun fəaliyyəti barədə birtərəfli təsəvvürün formalaşmasına səbəb ola bilər. Bu səbəbdən audit hesabatlarında əks olunan məlumatların işıqlandırılması zamanı faktların dəqiq ifadə olunması və onların məzmununa uyğun şərh edilməsi xüsusi əhəmiyyət daşıyır.

Bununla yanaşı, TKTA öz fəaliyyət istiqamətləri üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi, prosedurların səmərəliliyinin artırılması və keyfiyyət təminatı mexanizmlərinin inkişaf etdirilməsi istiqamətində təşəbbüslərini qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri çərçivəsində davam etdirir.

TKTA rəsmi məlumatların dəqiq, obyektiv və kontekstə uyğun təqdim edilməsini, ictimaiyyətin etibarlı məlumatlarla təmin olunmasını vacib hesab edir. Media nümayəndələrini audit nəticələrini işıqlandırarkən hesabatın məzmununa və faktların mahiyyətinə əsaslanmağa, peşəkar jurnalistika prinsiplərinə riayət etməyə və məlumatların düzgün anlaşılmasına xidmət edən yanaşma nümayiş etdirməyə dəvət edirik", - deyə məlumatda qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Oktyabr 2026 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see432

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see428

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see306

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see282

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see271

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see265

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see262

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see258

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see242

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see227

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see220

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see217

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see216

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see213

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see212

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see211

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see208

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see207

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see205

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri