Çin Aya uçuşlar üçün kritik testləri tamamladı
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Çin Aya pilotlu uçuşlar üçün nəzərdə tutulmuş yeni "Çanjen-10" daşıyıcı raketinin, həmçinin perspektivli "Mençjou" ("Xəyal qayığı") gəmisinin qəza xilasetmə sisteminin kompleks uçuş sınaqlarını uğurla həyata keçirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə fevralın 11-də "Xinhua" agentliyi xəbər yayıb.
"Sınaqlar ölkənin cənubunda, Haynan əyalətindəki Vençan kosmodromunda baş tutub. Testlər zamanı mütəxəssislər raketin aşağı hündürlüklərdə nümayiş uçuşunu həyata keçiriblər və maksimum aerodinamik təzyiq şəraitində "Mençjou" gəmisinin xilasetmə sisteminin işini yoxlayıblar", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, sınaqların uğurla başa çatması Aya pilotlu uçuşlar üzrə milli proqramın həyata keçirilməsində önəmli addım olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 11 Fevral 2026 16:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















