Icma.az
close
up
RU
Çin Azərbaycan Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır Deputat

Çin Azərbaycan Ermənistan münasibətlərində özünü ciddi oyunçu kimi aparır Deputat

Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

"Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti çərçivəsində görüşü bir daha göstərir ki, Cənubi Qafqazda proseslər tək həmin ölkələrin maraqları, regional ölkələrin maraqları ilə deyil, həm də Şərqdən, xüsusilə Çindən gəlir".

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı, Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Prezident İlham Əliyevin Çində Şanxay Əməkdaşlıq Təşkilatının Sammiti (ŞƏT) Çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşünə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, Çin də Cənubi Qafqazda sülhün bərqərar olmasının tərəfdarıdır:

"Çin də marağındadır ki, məhz tezliklə regionda, Cənubi Qafqazda sülh bərqərar olsun. İstər Avropa, istərsə də ABŞ çərçivəsində vasitəçilik oldu, burada aktivlik olsa da Çinin öz maraqları var. Çin həm dünya düzənində yeniliklə çıxış etmək istəyir, eyni zamanda özünün gələcəkdə nəqliyyat-logistika layihələrinin təhlükəsizliyinə təminat almaq üçün bu ərazidə də mütləq şəkildə sülhün bərqərar olmasını istəyir. Çin bunu artıq bir neçə dəfə göstərir və bir kəmər-bir yol təşəbbüsünün vacib hissəsi kimi Orta dəhlizin təm şəkildə təhlükəsizliyini istəyir və bura sərmayə yatırmaq fikrindədir. Bunun da əsas qarşısının alınmasında Ermənistan-Azərbaycan münasibətlərinin gərginliyi idi. İndi artıq bu sabitliyin bərqərar olmasını istəyirlər və istəyirlər bu sabitlikdən sonra öz prosesləri davam etdirsinlər. Çin balanslandırıcı siyasət aparır və Qərbin vasitəçilik məsələləri zəiflədikcə, Rusiya zəiflədikcə yeni güc mərkəzi kimi özünü göstərməyə çalışır".

Arzu Nağıyev hesab edir ki, Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında mühüm elementdir:

"Cənubi Qafqaz həm enerji resurslarının təhlükəsizliyi, həm terrorizmin, separatizmin qarşısını alması risklərinin çox qlobal şəkildə həllini ortaya qoya bilər. Çin tərəflərə təzyiq deyil, yumşaq bir güc göstərərək öz iqtisadi maraqları fonunda siyasi sabitliyi qorumağa çalışır və ciddi oyunçu kimi Birləşmiş Millətlər Təşkilatının Təhlikəsizlik Şurasının bir üzvü kimi çıxış edir. Bu da imkan verir ki, həm Azərbaycan, həm də Ermənistan öz siyasətini həyata keçirsin. Düşünürəm ki, münaqişənin həllinin və sülhün bərqərar olması, eyni zamanda sülh sazişinin imzalanması istiqamətində bu çox mühüm roldur".

Mikayıl Mirzəzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 01 Sentyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri